Yuxarı

Rəşad Mahmudov müraciət yaydı: Bu, əxlaqsızlıqlıqdır!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəşad Mahmudov müraciət yaydı: Bu, əxlaqsızlıqlıqdır!

Bu sözlərim nə bir siyasi düşərgəyə, nə bir ideoloji qrupa, nə də müəyyən bir zümrəyə ünvanlanır. Bu müraciətim dini mənsubiyyətindən, etnik kimliyindən, siyasi baxışından və sosial mövqeyindən asılı olmayaraq, hər kəsədir. Çünki burada söhbət siyasətdən deyil, ləyaqətdən gedir.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış həkim, millət vəkili Rəşad Mahmudov qeyd edib.

“Son dövrlər ictimai-siyasi müzakirələrin bir qismi elə bir səviyyəyə enib ki, artıq burada fikir ayrılığından deyil, əxlaqi sərhədlərin hədsiz şəkildə aşılmasından danışmaq lazımdır. Mən bunu hər hansı siyasi mövqedən çıxış edərək demirəm. Bu nə hakimiyyət mövqeyidir, nə müxalifət. Bu, elementar, yəni çox sadə insanlıq mövqeyidir.

Tarix boyu hakimiyyət də olub, müxalifət də; mübarizə də olub, tənqid də; sərt polemikalar da yaşanıb; haqlı da olub, haqsız da. Amma cəmiyyətlər o zaman güclü olub ki, mübarizə müəyyən ləyaqət çərçivəsində qalıb. Şəxsi həyatın, ailənin, namusun, insanın şərəf və heysiyyətinin hədəfə alınması isə heç vaxt siyasi mübarizə sayılmayıb”, - o bildirib.

Millət vəkili vurğulayıb ki, bu gün sosial platformalarda işlədilən bəzi ifadələr nə azad söz anlayışına, nə də elementar mənəvi normalara sığır:

“Fikir azadlığı məsuliyyətsizlik və əxlaqsızlıq demək deyil. Söz azadlığı söyüş azadlığı ola bilməz.

Ən təhlükəli məqam isə budur ki, bu cür ifadələrə qarşı eyni düşərgədə və ya “siyasi mövgedə” olanların və görsənənlərin susmasıdır. Özünü aydın, dəyərli və məsuliyyətli hesab edən hər bir insan, hansı siyasi mövqedə dayanmasından asılı olmayaraq, ilk növbədə öz vicdan və əxlaq sərhədini müəyyən etməlidir. Öz siyasi və ya ictimai həmfikiri olsa belə, “burada dayan” deməyi bacarmalıdır.

Burada məsələ “haqlı” və ya “haqsız” olmaq deyil. Dünyada “mütləq doğru” anlayışı mübahisəli ola bilər. Baxış bucaqları fərqli ola bilər. Amma ləyaqətsizlik heç bir ideoloji izahla legitimləşdirilə bilməz.

Unutmaq olmaz ki, insan üçün ailə və şərəf ən həssas nöqtədir. Tarix göstərir ki, bu hədd aşılarkən reaksiyalar artıq siyasi polemika çərçivəsindən çıxır. Bu, hədə-qorxu deyil. Bu, sosial psixologiyanın və insan təbiətinin reallığıdır. Cəmiyyətləri dağıdan da, çox ağır nəticələr də məhz bu həddlərin məsuliyyətsiz şəkildə aşılması olub.

Bunlar nə hüquqi, nə mədəni, nə də hansısa baxış prizmasından güclü dövlət və cəmiyyət quruculuğu yolunda aparılan siyasi mübarizədir. Bu, cəmiyyətə və insanlığa ciddi mənfi təsir göstərən dərin bir əxlaqsızlıqdır. Elə ifadələr var ki, insan onları tək qalanda düşüncəsinə gətirəndə belə üzü, beyni və ürəyi qızarır.

Bu gün hər birimizin qarşısında seçim var: Ya səviyyəni qoruyacağıq və gələcək nəsillərə mədəni siyasi və ictimai mühit miras qoyacağıq, ya da səviyyəsizliyi normaya çevirib onun nəticələrinə qatlanacağıq.

Mənim mövqeyim açıqdır. Harada olmağımızdan asılı olmayaraq, ləyaqət hər şeydən üstündür. Sərhədi keçən dilə qarşı susmaq isə həmin sərhədin pozulmasına şərik olmaq deməkdir.

Gəlin sərhədi birlikdə qoruyaq.

Gəlin cəmiyyət olaraq özümüzə hörməti itirməyək.

Daha da işıqlı və firavan sabahlar arzusuyla”.

Qeyd edək ki, R.Mahmudovun bu çağırışı geniş reaksiya doğurub və yüzlərlə rəyə səbəb olub.

Tarix
2026.02.17 / 23:17
Müəllif
Axar.az
Digər xəbərlər

Növbəti raund: Şərifov Darsalia ilə müzakirələr apardı

İlham Əliyevin cavabı və “müstəqil Emin”in sahibləri...

Simonyanın “Bakıdakı sonuncu erməni məhbus” iddiası...

Ruben Vardanyana hökm oxundu - Yenilənib

İsrail hücum edəcək, ABŞ isə “qoruyacaq” - Ekspert

Bu ölkə Ermənistana “Harop”un analoqunu verdi

Vardanyanın cəzalandırılması regionu nələrdən xilas etdi?

Şahin Şıxlınskiyə 23 il həbs tələb edildi

Peter Pelleqrini Qarabağa səfər edəcək

İlham Əliyev Çin sədrini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla