Yuxarı

Evdən qovulan alman sərhədimizdə saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Evdən qovulan alman sərhədimizdə saxlanıldı

Azərbaycan dövlət sərhədini pozan Almaniya vətəndaşı həbs olunub.

Axar.az lent.az-a istinadən xəbər verir ki, Almaniyanın Bautzen şəhərində doğulan 21 yaşlı şəxs qanunsuz yolla Azərbaycana keçdiyi üçün sərhədçilər tərəfindən saxlanılıb.

İttiham aktına görə, o, ailəsi aralarında yaranan mübahisə səbəbilə əvvəlcə Bolqarıstana, oradan Türkiyəyə, daha sonra isə Gürcüstana gəlib. Azərbaycana keçməyə icazəsi olmasa da, dağlıq ərazilərlə ölkəmizə keçib. Lakin sərhədçilər tərəfindən saxlanılıb və onun barəsində cinayət işi açılıb.

Təqsirləndirilən əcnəbi bildirib ki, ailəsi Bautzen şəhərinin Jiedlitz kəndində özlərinə məxsus restoranda işləyirlər. Özü işləmədiyi üçün daim mübahisələri yaranır və atası ona işləmədiyi təqdirdə evi tərk etməyi deyib. Buna görə də o, evdən çıxaraq Gürcüstana sevdiyi qızı görmək üçün gəlib. Bunun üçün yuxarıda qeyd etdiyimiz kimi, əvvəlcə Bolqarıstana, sonra Türkiyəyə, daha sonra da Gürcüstana keçib. Buradan isə Azərbaycana quru yolla keçməyin mümkün olmadığını öyrənib və dağlıq ərazilərlə ölkəmizə keçib. Sərhəd kənddə o, insanlardan qalmağa və yemək almağa yer soruşub. Az sonra sərhədçilər onu saxlayıblar.

Əcnəbi vətəndaş əməlindən peşman olduğunu deyərək barəsində yüngül cəza verilməsini istəyib.

Qazax rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qərarı verilib.

Tarix
2026.02.19 / 12:17
Müəllif
Axar.az
Digər xəbərlər

44 günlük savaşda “əlaqələrimi” işə salmağa çalışdım...

Şövkət Mirziyayev də Azərbaycana gəldi

İlham Əliyev Serbiyanın böyük dostudur - Vuçiç

Sadır Japarov Azərbaycana gəldi

İlham Əliyev Bolqarıstan prezidenti ilə görüşdü

Budeyvi də ölkəmizə səfərə gəldi

Ticarət dövriyyəmiz indikindən 5 dəfə çox olmalıdır - Vuçiç

İlham Əliyev Aleksandr Vuçiçlə görüşdü

Mavriki prezidenti Azərbaycana gəldi

Azərbaycanı həqiqi dost ölkə hesab edirik - Vuçiç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla