Yuxarı

Bu bankların adından aldadıla bilərsiniz – Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu bankların adından aldadıla bilərsiniz – Xəbərdarlıq

Bank olmayan kredit təşkilatları (BOKT) əhalinin maliyyə resurslarına çıxışını asanlaşdırsa da, bu sahədə müəyyən risklər və dələduzluq halları da mövcuddur. Xüsusilə saxta müqavilələr, gizli komissiyalar və şəxsi məlumatlardan qanunsuz istifadə kimi hallar vətəndaşların maddi zərərə məruz qalmasına səbəb olur. Buna görə də BOKT-ların fəaliyyətində şəffaflıq və hüquqi nəzarət məsələsi xüsusi aktuallıq kəsb edir.

Mövzu ilə bağlı Axar.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov bildirib ki, bank olmayan kredit təşkilatlarının və ya fərdi fırıldaqçıların rəsmi bankların adından istifadə edərək vətəndaşları aldatması texniki manipulyasiya və psixoloji təzyiqin kombinasiyasıdır.

Onun sözlərinə görə, rəqəmsal məkanda hansısa şəxsin tanınmış brendin adından səhifə açması texniki olaraq çox asandır:

“Bu prosesdə fırıldaqçılar sosial media reklamlarında və ya saxta veb-saytlarda bankların loqolarını, rənglərini və korporativ stilini kopyalayaraq vizual etibar yaradırlar.

Krediti onlayn əldə edərkən, pulun karta göndərilməsi, “rəsmiləşməsi” və dərhal da yoxa çıxması mexanizmi isə "icazəsiz köçürmə" (fişinq) sxeminə əsaslanır. Siz kart məlumatlarınızı və 3D-təhlükəsizlik (3D-Secure) kodunu saxta sayta daxil etdiyiniz an dələduzlar sizin kartınızı öz elektron pulqabılarına (Əpl Pey, Quql Pey və s.) və ya abunəlik sistemlərinə bağlayırlar.

Karta gələn pul, əslində, sizin adınıza başqa bir sürətli onlayn platformadan götürülən yüksək faizli borcdur və fırıldaqçı sizin kartınızın idarəetməsini əvvəlcədən ələ keçirdiyi üçün həmin vəsait daxil olan kimi avtomatik olaraq onların hesabına transfer edilir”.

Ekspert vurğulayır ki, onlayn kredit məsələsində şəxsi imza olmadan kreditin ayrılması halları da var ki, bu da fırıldaqçılara əlavə imkan yaradır:

“Lakin bu, imzasızlıq yox, rəqəmsal imza və ya biometrik təsdiq əsasında baş verir. Rəsmi banklar onlayn kredit verərkən vətəndaşdan ya "Asan İmza", ya "SİMA" rəqəmsal imzası, ya da tətbiqdaxili üz tanıma tələb edir. Bu da hüquqi baxımdan əl imzasına bərabər tutulur. Fırıldaqçıların sxemində isə siz saxta saytda təsdiq kodunu daxil etməklə, əslində fərqində olmadan rəqəmsal müqaviləni və ya vəsaitin silinməsi icazəsini təsdiqləmiş olursunuz.

Qısaca, heç bir rəsmi bank və ya BOKT şərtsiz, sənədsiz və təsdiqsiz pul paylamır. Əgər proses hədsiz sadə və cəlbedici görünürsə, bu, sizin məlumatlarınızdan istifadə edərək sizi borclandırmağa yönəlmiş bir tələdir”.

Tarix
2026.02.19 / 15:49
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Prezident bu konvensiyanı təsdiqlədi

Əli Əsədov səfirliyə getdi, başsağlığı verdi

İlham Əliyevin xalqa Ramazan təbriki

ABŞ İrana ordu yeritməyə hazırlaşır - Plan

Yataqlara zərbələr başladı, region yanır – Bu ölkələr batacaq..

İlham Əliyev Mirziyayevlə danışdı

Bakıdan Ermənistana 488 ton taxıl yola salındı

Bayramov Ər-Riyadda çıxış etdi: Naxçıvana PUA hücumu...

Bayramov Ərəbistanda İshaq Darla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla