Yuxarı

Yanan maşını söndürən FHN-çiləri maşın vurdu, ölən var - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yanan maşını söndürən FHN-çiləri maşın vurdu, ölən var - Foto

09:35

Salyanda yanan avtomobili söndürən Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarını maşın vurub, biri ölüb.

Axar.az APA-ya istinadən xəbər verir ki, səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən hissəsində yanan “Mersedes” markalı yük avtomobilini söndürən FHN-in Salyan Yanğından Mühafizə Xidmətinin əməkdaşlarını avtomobil vurub.

Nəticədə Neftçala rayonunun Şorkənd kənd sakini 42 yaşlı Hakim Piriyev hadisə yerində ölüb. Digər əməkdaş xəstəxanaya yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

***

21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifələrini yerinə yetirərkən hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı 1984-cü il təvəllüdlü Hakim Şahlar oğlu Piriyev həyatını itirib, Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, E.Tağıyevin həyati təhlükəsi yoxdur.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Tarix
2026.02.21 / 10:33
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla