Yuxarı

Emindən Bakı sakinlərinə şad xəbər: Formula-1-i köçürür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Emindən Bakı sakinlərinə şad xəbər: Formula-1-i köçürür

Formula-1 üzrə Azərbaycan Qran-Prisinin yeri yaxın gələcəkdə dəyişdiriləcək.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu, Xəzər dənizi sahilində, "Sea Breeze" kurortu çərçivəsində alov formasında, sahəsi 200 hektar olan süni adanın yaradılmasından sonra reallaşacaq. Layihə çərçivəsində Formula-1 yarışının Bakının mərkəzindən həmin əraziyə köçürülməsi nəzərdə tutulur.

Bu barədə "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov "RİA Novosti”yə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, layihənin ümumi dəyəri 15–16 milyard dollar təşkil edə bilər:

"Adanın yaradılması təxminən 1 milyard dollara başa gələcək, onun üzərində daşınmaz əmlak tikintisi isə sıxlıq və kvadratmetrlərin sayından asılı olaraq əlavə 10–15 milyard dollar tələb edəcək".

O əlavə edib ki, yeni Formula-1 trası Sea Breeze yaxınlığında yaradılacaq süni adada 2031-ci ildə istifadəyə verilə bilər. Bununla belə, Bakı mərhələsinin köçürülməsi ilə bağlı yekun razılaşma hələ imzalanmayıb:

"Bu halda biz dövlət investisiyalarına arxalana bilmərik, yəni layihəni öz gücümüzlə həyata keçirməliyik. Bu isə o deməkdir ki, trasın tikintisi üçün investisiyalar bu layihədə bizim tərəfdaşımız olacaq developer şirkətlərin xərclərinə daxil ediləcək".

Ağalarovun sözlərinə görə, Formula-1 təşkilatçıları köhnə Bakının fransız tipli damlara malik dörd və beşmərtəbəli binalardan ibarət memarlığını yüksək qiymətləndirirlər:

"Biz bütün "Fire Island" ərazisini bir neçə klasterə bölməyi və hər memarlıq bürosuna klasterlərdən biri üçün öz fərdi üslubunda unikal konsepsiya hazırlamağı təklif etməyi planlaşdırırıq. Formula-1 təşkilatçılarının köhnə Bakının fransız damlı dörd və beşmərtəbəli binalardan ibarət memarlığı çox xoşuna gəlir. Buna görə də yarışın keçiriləcəyi sahələrdə binaların layihələndirilməsini məhz bu üslubla yaxşı işləməyi bacaran memar Sergey Çobana həvalə etmək istərdim".

Layihə "Fire Island" ("Alov adası") adlandırılıb ki, bu da Azərbaycanın tarixi "Odlar ölkəsi" ləqəbinə istinad edir. "Sea Breeze" kurortu artıq hazırda 500 hektarlıq ərazini və 7 kilometrlik çimərlik xəttini əhatə edir və Bakı şəhər mərkəzindən təxminən 30 dəqiqəlik məsafədə yerləşir.

Hazırda istifadə olunan Formula-1 üzrə Azərbaycan Qran-Prisinin şəhər trası küçə trekləri arasında ən uzun və sürətli treklərdən biri hesab olunur. Onun uzunluğu təxminən 6 kilometrdir və bolidlər sahilboyu düz hissədə 370 km/saat sürətə çata bilir. Yarışın süni adada yerləşəcək stasionar avtodroma köçürülməsi təhlükəsizliyin artırılmasına və tamaşaçılarla komandalar üçün infrastruktur imkanlarının genişləndirilməsinə şərait yaradacaq.

Tarix
2026.02.22 / 11:47
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Prezidentin mühafizəçiləri ilə bağlı videonun təhlili...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Milli Məclis bu MMC ilə 2 milyonluq müqavilə bağlayıb?

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

Tramp sarsıdıcı zərbə aldı: manevr imkanı məhdudlaşdı

Putin və Si Trampın Şurasına qoşulacaqmı?

Bu nazirin 5 müavini eyni universiteti bitirib

ABŞ-dan Prezidentin kortejinə edilən hücumla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla