Yuxarı

Borclu şəxsin kimliyini almaq nə qazandırır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Borclu şəxsin kimliyini almaq nə qazandırır?

Bakının Xətai rayonu Əhmədli qəsəbəsində maraqlı hadisə baş verib.

Axar.az xəbər verir ki, qəsəbə sakini Mirzə İsmayılov evini Masallı rayon sakini Meydan Əkbərova kirayə verib. Girov kimi isə ailə üzvlərindən birinin şəxsiyyət vəsiqəsini götürüb.

Evdə 6 ay qalan kirəçi borcunu ödəmədən evi tərk edib.

Hüquqşünaslar isə bu şəkildə vəsiqənin borc əvəzi girov qoyulmasını qanunsuz hesab edir. Onların fikrincə, bu hal borc verənə heç bir üstünlük təmin etmir. Ev sahibi yalnız orada olan məlumatdan istifadə edərək həmin şəxsi axtara və borcunu ala bilər.

Hüquqşünas Kamandar Hüseynov Xəzər xəbər-ə açıqlamasında hüquqi cəhətdən kirayəçinin üstün olduğunu deyib. Onun sözlərinə görə, vətəndaş çox rahatlıqla qeydiyyatda olduğu rayon üzrə polis idarəsinə müraciət edərək, həmin vəsiqənin itdiyini bildirə və onun etibarsızlığını təmin edə bilər.

Bu səbəbdən asanlıqla yenilənən şəxsiyyəti təsdiq edən sənədlər etibarlı girov hesab olunmur.

Tarix
2016.08.26 / 12:49
Müəllif
Hacı Qulu
Digər xəbərlər

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla