Yuxarı

Nazirlik yeni avtovağzal tikir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik yeni avtovağzal tikir

Göyçay rayonunda avtovağzal binasının olmaması sərnişin və sürücülər üçün problemə çevrilib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonda köhnə avtovağzal söküldüyü üçün avtobusların dayanma yeri müvəqqəti olaraq dəyişdirilib. İki ildir ki, Bakı-Şamaxı-Yevlax yolunun kənarında, açıq havada müvəqqəti salınan avtovağzalda sərnişinlər üçün heç bir şərait yaradılmayıb. Sərnişin Bahadur Xəlilov, sürücü Rəhman Azadov və İbad Rəhimov bildirib ki, bu səyyar avtovağzalda oturacaq və gözləmə zalı yoxdur. Onların sözlərinə görə, müvəqqəti salınan səyyar avtovağzal 2 ildən çoxdur ki, insanlara çox aşağı səviyyədə xidmət göstərir.

Səyyar avtovağzalda şəraitin olmaması səbəbindən hər gün 1000-dən çox insan əziyyət çəkir. Köhnə avtovağzalın sökülərək yerində yeni avtovağzalın inşası üçün heç bir işin görülməməsi isə insanların haqlı narazılığına səbəb olub. Rayon sakinləri və qonaqlar deyir ki, avtovağzalın olmaması yay və qış aylarında vəziyyəti daha da acınacaqlı edir. Belə ki, onlar açıq havada avtobus gözləmək məcburiyyətində qalırlar.

Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov bildirib ki, avtovağzal əvvəllər özəl olaraq fəaliyyət göstərib: " Buna görə rayon icra hakimiyyəti bu işlərə nəzarət etmirdi. Avtovağzal rəhbərliyi icra hakimiyyətinə məlumat vermişdi ki, binanı söküb yerində təzəsini tikəcəyik. Söküblər, amma hələ ki, yenisini tikməyiblər. Əlbəttə rayonda avtovağzal olmalıdır. Əvvəllər avtovağzalın tikintisi məsələsi gündəmdə idi, layihə də hazırlanmışdı, sonradan bizə məlum olmayan hansısa səbəbdən ərazidə tikintiyə başlamadılar. Avtovağzal əvvəllər özəl idi, sonradan obyekt Nəqliyyat Nazirliyi tərəfindən sahibkardan geri alınıb".

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən "APA-Economics"ə bildiriblər ki, hazırda Göyçay avtovağzalının inşası ilə bağlı layihə təsdiqlənmə mərhələsindədir. Xidmət gecikmənin olduğunu etiraf edir və bildirir ki, yaxın zamanlarda bu rayonda da yeni avtovağzalın tikintisinə başlanılacaq: "Orada köhnə avtovağzalda söküntü işləri aparılması səbəbindən müvəqqəti olaraq başqa əraziyə köçürülüb. Yaxın zamanda yeni avtovağzalın tikintisinə başlanılacaq".

Qeyd edək ki, Göyçay avtovağzalından rayonun kəndləri ilə yanaşı, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Ucar, İsmayıllı, Mingəçevir, Zərdab, Şamaxı və Ağcabədi istiqamətlərində marşrut avtobusları hərəkət edir.

Tarix
2016.08.26 / 18:33
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla