Yuxarı

AMEA-nın Rəyasət Heyəti ləğv edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AMEA-nın Rəyasət Heyəti ləğv edilir

Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi ləğv edilir və qurumun idarəetmə strukturu tamamilə yenidən formalaşdırılacaq.

Axar.az Sfera.az-a istinadən xəbər verir ki, məlumata əsasən, bu qərarı doğuran əsas səbəb dünyada analoji modelin faktiki olaraq tətbiq edilməməsi və elmi idarəetmənin fərqli mexanizmlər üzərindən qurulmasıdır. Qlobal təcrübədə fundamental və tətbiqi elmi tədqiqatlar əsasən universitetlər və ixtisaslaşmış elmi-tədqiqat institutları tərəfindən həyata keçirilir. Universitetlər yalnız tədris müəssisəsi kimi deyil, həm də innovasiya, texnologiya istehsalı və elmi kəşflərin kommersiyalaşdırılması mərkəzi kimi çıxış edir.

Hazırkı modeldə isə ölkədə elmi fəaliyyət uzun illər akademiya institutları üzərində cəmləşib. Universitetlər əsasən kadr hazırlığı, tələbə yetişdirilməsi və tədris prosesi ilə məşğul olur. Halbuki dünya təcrübəsində ali təhsil müəssisələri həm də qrant layihələri həyata keçirir, patentlər əldə edir, sənaye ilə birbaşa əməkdaşlıq edir və tədqiqat nəticələrini bazara çıxarır.

Mənbələr bildirir ki, aparılan struktur islahatları elmi fəaliyyətin universitetlərə inteqrasiyasını sürətləndirmək, ali təhsil müəssisələrinin tədqiqat potensialını artırmaq və innovasiya mühitini gücləndirmək məqsədi daşıyır. Yeni modeldə universitetlərin yalnız diplom verən qurum deyil, həm də elmi məhsul istehsal edən mərkəzə çevrilməsi hədəflənir.

Məlumata görə, rəhbərliyin ləğvi ilə yanaşı, akademiyanın strukturunda da ciddi dəyişikliklər gözlənilir. İdarəetmə mexanizmlərinin sadələşdirilməsi, səlahiyyət bölgüsünün yenidən müəyyənləşdirilməsi və institutların fəaliyyət modelinin yenilənməsi planlaşdırılır.

Qərarın yaxın vaxtlarda rəsmi şəkildə açıqlanacağı gözlənilir.

Tarix
2026.02.27 / 11:33
Müəllif
Axar.az
Digər xəbərlər

CNN-in Azərbaycanla bağlı uydurma yazısı - Foto

İqlimi dəyişdirən gizli texnologiyalar...

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

Azərbaycan getdikcə bu modeli izləyir - Hacıyev

Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA

ABŞ və İran razılaşması: niyə mətnlər fərqlidir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla