Yuxarı

Mehdiyevin evindən 17 milyon tapıldı, bu, 10 film deməkdir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdiyevin evindən 17 milyon tapıldı, bu, 10 film deməkdir

Ramiz Mehdiyevin evindən tapılan qanunsuz pullar 10 tammetrajlı film deməkdir.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, Türkiyə filmləri ilə bu gün dünyanı Osmanlıdan daha çox tutub:

"Bu gün ölkədə futbola sponsorluq edirlər, amma kino çəkilməsinə etmirlər. Rusiyada nazirliklər daha çox filmlər çəkdirir, nazirliklər bir-biriylə yarışır. Niyə bizdə yalnız Mədəniyyət Nazirliyinin pulu ilə film çəkilsin? Niyə sponsorlar yoxdur?! Bizim də tarixi şəxsiyyətlərimiz var. Niyə Şah İsmayıl Xətai haqqında, Qacarlar haqqında film çəkilməyib? Babək çəkilib, çox gözəl. Koroğlu bizim üçün tarixi şəxsiyyət deyil. Ramiz Mehdiyevin evindən 17 milyon qanunsuz pul tapıldı, bu, 10 dənə tammetrajlı film deməkdir. Amma bu pulu evdə saxlayırlar, verin, filmlər çəkilsin. Mən də istəyirəm bizim filmlər dünyaya çıxsın. Türkiyə filmlərlə, “Fateh Sultan Mehmet” dünyanı tutub”.

Spiker Sahibə Qafarova isə çıxışın üçüncü oxunuşun tələblərinə uyğun olmadığına diqqət çəkib və Azərbaycanın Rusiya olmadığını bildirib.

Tarix
2026.02.27 / 11:54
Müəllif
Axar.az
Digər xəbərlər

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla