Yuxarı

Mehriban Əliyeva bu Şuranın sədri oldu - Fərman

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban Əliyeva bu Şuranın sədri oldu - Fərman

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Fərman Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə imzalanıb.

Şuranın aşağıdakı tərkibi təsdiq edilib:

Şuranın sədri

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

Şuranın üzvləri:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Respublikasının elm və təhsil naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.

Fərmana əsasən, Şuranın fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılsın və Katiblik funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.

Müəyyən edilib ki, Şura yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları, elmi müəssisə və təşkilatları cəlb edə, habelə aidiyyəti dövlət orqanlarının (qurumlarının) və digər maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.

Şura rəqəmsal inkişaf sahəsi üzrə dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və dövlət orqanları (qurumları) arasında siyasətin əlaqələndirilməsini təmin etməli, dövlət orqanları (qurumları) tərəfindən icra olunan layihələrin bu sahədə mövcud strateji məqsədlərə uyğunluğunun təmin edilməsinə nəzarəti həyata keçirməli, dövlət orqanlarının (qurumlarının) təklifləri və beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı tədbirlər görməlidir.

Şura fəaliyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Tarix
2026.02.27 / 13:47
Müəllif
Axar.az
Digər xəbərlər

Onları Prezidentlə xanımı qarşıladı - Foto

Tadevosyan dedi ki, Orucov Şuşada 2 saat da qalsaydı... - Video

Bu, Azərbaycan xalqının əyilməz ruhunu ifadə edir

Azərbaycan və Efiopiyanın birinci xanımları görüşdü

Nəcməddin Sadıqov əsgərləri atıb qaçdı - General

Türkiyəyə qarşı sensasion plan işə düşdü - Müharibə başladı

Efiopiya ilə bir sıra sənədlər imzalandı

Şuşanı “təhvil verən” general hər şeyi danışdı - Video

Rusiya Ermənistanda bundan məhrum edilir - Bakının nəzarəti...

Milli Məclisin növbəti plenar iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla