Yuxarı

İlham Əliyev sərəncam imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

1. “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” (bundan sonra – Fəaliyyət Planı) təsdiq edilsin (əlavə olunub).

2. Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin edilsin.

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirsin.

4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

4.1. Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2. Fəaliyyət Planında müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsinin tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması, həmin vəsaitin bölgüsü, büdcə ilinin istənilən vaxtında digər istiqamətlər üzrə xərclənməsi və ilin sonunadək xərclənməməsinin (büdcəyə qaytarılmasının) təsirləri barədə təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

5.1. Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsinin tərtibi prosesində, maliyyə ekspertizası aparılmaqla, zəruri maliyyə vəsaitinin ayrıca sətirlə nəzərdə tutulması üçün müvafiq işlər görsün;

5.2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə razılaşdırmaqla, bu Sərəncamın 4.2-ci bəndində nəzərdə tutulan tədbirləri həyata keçirsin.

6. Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.

7. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə və digər büdcə təşkilatlarına tapşırılsın, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikasının Hesablama Palatasına, Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilsin ki:

7.1. Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və tam icrasını təmin etsinlər;

7.2. Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası barədə aylıq məlumatları hər növbəti ayın 10-dək Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə təqdim etsinlər.

Tarix
2026.02.27 / 14:01
Müəllif
Axar.az
Digər xəbərlər

Efiopiya ilə bir sıra sənədlər imzalandı - Foto

General: Rəhim Qazıyev istefa verən kimi başladılar... - Video

Onları Prezidentlə xanımı qarşıladı - Foto

Tadevosyan dedi ki, Orucov Şuşada 2 saat da qalsaydı... - Video

Bu, Azərbaycan xalqının əyilməz ruhunu ifadə edir

Azərbaycan və Efiopiyanın birinci xanımları görüşdü

Nəcməddin Sadıqov əsgərləri atıb qaçdı - General

Türkiyəyə qarşı sensasion plan işə düşdü - Müharibə başladı

Şuşanı “təhvil verən” general hər şeyi danışdı - Video

Rusiya Ermənistanda bundan məhrum edilir - Bakının nəzarəti...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla