Yuxarı

51 dövlət əmlakı özəlləşdirilməyə çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
51 dövlət əmlakı özəlləşdirilməyə çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac elan edib.

Komitənin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, ƏMDK tərəfindən bu həftə elan edilən səhmdar cəmiyyətlərinin səhmlərinin satışı üzrə pul, habelə kiçik dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi ilə bağlı hərraclarda ümumilikdə 51 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb.

Hərraca çıxarılan əmlaklardan 25-i Azərbaycanın müxtəlif bölgələrində yerləşən və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45%-ni təşkil edən ASC-lərdir. Bu səhmdar cəmiyyətləri iqtisadiyyatın müxtəlif sahələri, ö cümlədən sənaye, inşaat, nəqliyyat, xidmət və s. sahələri əhatə edir.

Kiçik dövlət müəssisə və obyektlərin özəlləşdirilməsi ilə bağlı elan edilən hərraca isə Bakı şəhəri ilə yanaşı, Mingəçevir şəhəri, Daşkəsən, Qəbələ, Xaçmaz, Qax və Oğuz rayonunda yerləşən 26 əmlak çıxarılıb. Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında müxtəlif sahələri olan xidmət, ticarət, ictimai iaşə, avtotəmir və digər müəssisələr var.

"Komitə yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir. Qarşıdakı dövrdə də çoxlu sayda dövlət əmlaklarının mərhələli şəkildə özəlləşdirməyə çıxarılması davam etdiriləcək", - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu hərrac sentyabrın 27-si saat 11:00-da keçiriləcək. Hərraclarda iştirak etmək üçün elektron qaydada da sifariş göndərmək mümkündür. Hərrac prosesi ilə tanış olmaq istəyən hər bir vətəndaş "açıq hərrac"larda iştirak edə bilər.

Tarix
2016.08.29 / 09:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yazdı - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla