Yuxarı

Molla rejiminin Azərbaycandakı qulları

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Molla rejiminin Azərbaycandakı qulları

Azərbaycan İran müharibəsində qonşuluq prinsiplərinə sadiqlik nümayiş etdirsə də, molla rejimi Naxçıvana hücuma keçməklə gerçək simasını ortaya çıxardı. Hücumun Prezident İlham Əliyevin İran səfirliyini ziyarət etməsi, bu ölkənin dini liderinin ölümü ilə bağlı başsağlığı verməsindən bir gün sonra edilməsi də göstərdi ki, molla rejimi Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkmir.

İrandakı molla rejiminin Azərbaycana qarşı nankor və riyakar siyasəti təəccüblü deyil. Eyni rejim 44 günlük müharibədə Ermənistana aktiv şəkildə dəstək verirdi, müharibədən sonra Ermənistan sərhədini “qırmızı xətt” elan etdi. Azərbaycan sərhədinə erməni maraqlarının müdafiəsi məqsədilə “leşkər” toplayan, Tehrandakı səfirliyimizə qarşı terror aktı törədən də bu rejim idi. Naxçıvana hücum edən rejim öz xislətinə sadiqdir.

Bizim üçün əsas diqqətçəkən və ən təhlükəli məqam içimizdəki molla rejiminin xidmətçiləridir. ABŞ-İran müharibəsi başladıqdan dərhal sonra molla rejiminin müdafiəçiləri sosial şəbəkələrdə aktivləşərək Azərbaycan ictimai rəyini manipulyasiya etmək istiqamətində işləyirlər. Bunu onların müharibədə şəxsi seçimi hesab etmək olardı, lakin İranın Naxçıvana məqsədyönlü şəkildə həyata keçirdiyi terror hücumunda molla rejimini müdafiə etmələri artıq Vətənə xəyanət əməlidir.

İran Naxçıvana dronlarla hücum edib. 4 PUA ilə həyata keçirilən hücum zamanı hava limanı ilə yanaşı, məktəb də hədəfə alınıb. PUA-lardan biri ordumuz tərəfindən zərərsizləşdirilib. Orta məktəb binasına hücum edən PUA hədəfə dəyməyib, hava limanına isə zəbələr endirilib, mülki şəxslər yaralanıb.

Bu hücumu iki tərəf təkzib etməyə çalışır. Biri İran rejimi, digəri mollaların Azərbaycandakı xidmətçiləri. Onlar iddia edirlər ki, “bu hücum Azərbaycanı İranla üz-üzə qoymaq istəyən tərəflərin təxribatıdır”, yaxud “ABŞ və İsraillə müharibə apardığı vaxt Azərbaycana hücum etmək İrana sərf etmir” və s. Məqsəd diqqəti xidmətçiləri olduqları molla rejiminin terror hücumundan yayındırmaq, faktı təhrif etməkdir.

Molla rejiminin müdafiəsi məqsədilə Azərbaycan ictimai rəyini çaşdırmağa hesablanmış bu cür iddialara qarşı tədbir görülməlidir.

Birincisi, Azərbaycan cəmiyyəti ayıq-sayıq olmalı, təxribat xarakterli dezinformasiyalara inanmalıdır;

İkincisi, bu cür iddialar və dezinformasiyalar dərhal araşdırılmalı, ictimaiyyət məlumatlandırılmalıdır;

Üçüncüsü və ən vacib addım ictimai rəyi manipulyasiya etməyə cəhd göstərən molla rejiminin xidmətləri ifşa olunmalıdır.

Bu şəxslərin əməllərinin bir adı var: Vətənə xəyanət. Hazırda sosial şəbəkələrdə molla rejiminə köləlik edən, öz vətənlərinə qarşı düşmən mövqe sərgiləyən bu xainlərə qarşı ən sərt addımlar atılmalılıdır. Bu zərurəti ictimai və dövlət təhlükəsizliyinin qorunması prinsipləri yaradır.

Tarix
2026.03.05 / 21:10
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Azərbaycan və Türkiyə hərbçiləri təlimə başladı

Prezident Babişin səfəri ilə bağlı video paylaşdı

İtaliya Naxçıvana hücumu qınadı

Vilayət Eyvazov gürcü həmkarını Bakıya dəvət etdi

Prezident Azərbaycanın iqtisadi vəziyyətindən danışdı

Türkiyəli general Azərbaycana gəldi

Əliyevə söz vermişdim ki, AB-dən kənara... - Babiş

Benzin və dizelin qiyməti ilə bağlı mühüm qərar

Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsi təklif etdi

Babiş Qəbələdə: Zelenski və Meloninin Azərbaycana səfəri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla