Yuxarı

Bu uşaqların cəza çəkən anaları ilə görüşü...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu uşaqların cəza çəkən anaları ilə görüşü...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə təşkilatçılığı ilə bu il də 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbir çərçivəsində Agentliyin uşaq evi sosial xidmət müəssisələrinin sakinləri olan, valideyn himayəsindən məhrum 18 uşağın 4 saylı cəzaçəkmə müəssisəsində olan anaları ilə görüşü təşkil edilib.

Uşaqlar hazırladıqları hədiyyələri və gül dəstələrini analarına təqdim edərək onları bayram münasibətilə təbrik ediblər. Sonra onların ifasında şeir, musiqi və rəqs nümunələri təqdim edilib və böyük maraqla qarşılanıb.

Proqram çərçivəsində təşkil olunan əyləncəli oyunlar görüşə rəngarənglik qatıb və xoş xatirələrlə yadda qalıb.

Tədbirin məqsədi məhkum qadınlara öz ailə üzvləri ilə daha çox vaxt keçirmək imkanı yaratmaq, onların sosial reabilitasiyasını təmin etmək və azadlığa çıxdıqdan sonra onlar tərəfindən törədilə biləcək residiv cinayətlərin qarşısını almaqdır.

Tarix
2026.03.07 / 13:33
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla