Yuxarı

Bakıda qız oğlan üstündə rəfiqəsini döydü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda qız oğlan üstündə rəfiqəsini döydü

Sağlamlığa xəsarət yetirməkdə ittiham olunan Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Samirə Vəliyevanın (ad və soyad şərti verilib-H.Z.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Samirə Vəliyeva Yasamal rayonunda rəfiqəsi Sevda ilə kirayədə yaşayıb. Samirə ilə Sevdanın Sadiq adında ortaq tanışları olub.

Sevda həmin oğlanla internet vasitəsi ilə tanış olub. Sadiq hər gün Samirə və Sevdanın yaşadığı evə gəlib-gedib. Ötən il noyabrın 1-də, gecə yarısı Samirə ilə Sevdanın arasında oğlan üstündə mübahisə yaranıb.

Mübahisəyə səbəb isə Samirənin Sadiq ilə cinsi əlaqədə olması olub. Sevda tanış olduğu oğlanın rəfiqəsi ilə cinsi əlaqədə olmasından şübhələnib. Onda şübhə belə yaranıb ki, həmin gün evdə olmadığı vaxt Sadiq ora gəlib.

Sevda rəfiqəsinin Sadiqlə cinsi əlaqədə olub-olmaması barədə onu sorğu-sual edib. Bu zaman rəfiqəsinin sorğularından əsəbləşən Samirə onu döyərək, bədənini müxtəlif nahiyələrinə xəsarət yetirib.

Samirə Vəliyeva Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham edilib.

Yasamal rayon Məhkəməsinin hökmü ilə Samirə Vəliyeva 3 ay müddətinə azadlıqdan məhrum edilib. Samirə Vəliyevanın barəsində başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs edilib. Hökmə görə, onun cəzasının əvvəli 2016-cı ilin aprelin 7-dən hesablanıb.

Hökmdən narazı qalan Samirə Vəliyeva apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib. Onun şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Samirə Vəliyevanın cəzası 300 manat cərimə cəzası ilə əvəz edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Tarix
2016.08.30 / 21:32
Müəllif
Axar.az
Digər xəbərlər

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla