Yuxarı

Həyatımın üç gözəl günü Nabranda - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həyatımın üç gözəl günü Nabranda - Foto

Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi "İrəliyə doğru bir addım" layihə çərçivəsində 25-dən artıq qaçqın, məcburi köçkün və sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərin istirahətinin səmərəli təşkili və ruh yüksəkliyinin artırılması məqsədilə 26-29 avqust tarixlərində "Həyatımın üç gözəl günü" adlı Nabran turu təşkil edilib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutan üç günlük tur çərçivəsində onlara ilkin kompüter bacarıqları öyrədilib. Həmçinin psixoloq tərəfindən onlarla söhbətlər edilib. Bununla yanaşı, layihə iştirakçılarından olan bir neçə valideynlə psixoloji təlimatlandırma aparılıb, intellektual yarışmalar, müsiqili-əyləncəli oyunlar keçirilib.

Qeyd edək ki, layihənin məqsədi qaçqın, məcburi köçkün, sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır. Həmçinin qeyd olunub ki, layihənin digər məqsədi onların digər yaşıdları ilə bərabər şəkildə imkan və potensialını üzə çıxarmalarına stimul verməkdir.

Layihə 1 noyabra qədər davam edəcək.

Tarix
2016.08.31 / 10:59
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yazdı - Qafarov

Türkiyə XİN şəhidlərimizi belə yad etdi

İlham Əliyev və xanımı Zəfər parkında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla