Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran
hadisələrinə görə, həbs edilən "Müsəlman Birliyi" adlı təşkilatın
sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP)
sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfər - Rasim Mirzə
Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan
oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu
Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev,
Abbas Əbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev,
Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət
oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu
Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu
Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.
Report-un
məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən
prosesdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin
əməliyyat müvəkkili Ceyhun İmamverdiyev ifadə verib.
O bildirib ki, hadisə günü idarədə müşavirə keçirilib:
"Bizə məlumat daxil olmuşdu ki, Nardaranda Taleh Bağırov
hakimiyyət çevrilişi ilə bağlı silahlı dəstə yaradıb. Saat 13:00
radələrində Nardarana getdik. Mən qapıdan keçdim, iki nəfər isə
hasardan içəri aşdı. Biz içəri daxil olanda atışma başladı. Mənim
zirehli gödəkcəm olduğuna görə güllə bədənimə dəymədi, xəsarət
almamışam. Hadisə zamanı Zakir Mustafayevlə Fərhad Babayev
əllərində qumbara və xəncər hasardan aşıb qaçdılar. Həmin zaman
orada əlində xəncər olan Etibar İsmayılovu zərərsizləşdirdim".
Təqsirləndirilən E.İsmayılov hadisə zamanı C.İmamverdiyevi
Nardaranda görmədiyini deyib.
Proses günün ikinci yarısında davan etdiriləcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın
26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat
keçirilib. Əməliyyat zamanı Taleh Bağırov başda olmaqla, daha bir
neçə üzvü - Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu
Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu
Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu
İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbbdülrəhman oğlu
Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu
İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev,
Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas
Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynov saxlanılaraq
istintaqa təqdim edilib. Həmin şəxslər barəsində dörd ay müddətinə
həbs qətimkan tədbiri seçilib, sonradan həbs qətimkan tədbirinin
müddəti artırılıb.
F.Qəhrəmanlıdan başqa, həmin şəxslər Cinayət Məcəlləsinin
120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir
olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik
(təşkilat) tərəfindən adam öldürmə), 120.2.3-cü (qəsdən adam
öldürmə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai
borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın
qohumlarını öldürmə), 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi
amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci
(qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə),
120.2.12-ci (qəsdən adam öldürmə, milli, irqi, dini ədavət və ya
düşmənçilik niyyəti ilə adam öldürmə), 29,120.2.1-ci (qəsdən adam
öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs,
mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam
öldürməyə cəhd), 29,120.2.3-cü (qəsdən adam öldürməyə cəhd,
zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə
yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə
cəhd), 29,120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi
amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd),
120.2.7-ci (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə),
120.2.12-ci (qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət
və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd), 28,214.2.1-ci
(terrorçuğa hazırlıq, qabaqcadan əlbir olan bir qrup şəxs,
mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat)
tərəfindən törədildikdə), 28,214.2.3-cü (terrorçuğa hazırlıq, odlu
silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə
etməklə törədildikdə), 214-2-ci (terrorçuluğa açıq çağırışlar),
220.2-ci (kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni
tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara,
habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə),
228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini,
döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına
vermə, satma, saxlama, daşıma və gəzdirmə, bu Məcəllənin 228.1 və
ya 228.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə
tərəfindən törədildikdə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və
ya onu zorla saxlama), 279.1-ci (hakimiyyəti zorla ələ keçirmə və
ya onu zorla saxlama, Azərbaycan Respublikasının qanunvericiliyi
ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma,
eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə,
onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi
texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 283.2.3-cü
(milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması,
mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 315.2-ci (hakimiyyət
nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə, bu
Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və
sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə
ittiham olunur.
F.Qəhrəmanlı isə keçən il dekabrın 8-də Baş Prokurorluğun Ağır
Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra
onun barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət
Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə
fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə
vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci
(dövlət əleyhinə yönələn açıq çağırışlar, eyni əməllər təkrar və ya
bir qrup şəxs tərəfindən törədildikdə) və 283.2.1 (dini, irqi,
sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham
olunur.