Yuxarı

88 yaşlı kişini öldürüb qaçan sürücü tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
88 yaşlı kişini öldürüb qaçan sürücü tutuldu

Tərtər Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçan sürücü həbs edilib.

Axar.az xəbər verir ki, 90 PD 279 dövlət qeydiyyat nişanlı "Mersedes" markalı avtomobilin sürücüsü, Tərtər rayonunun Sarıcallı kənd sakini, 1979-cu il təvəllüdlü Elçin Abdullayev tutularaq istintaqa təhvil verilib.

Xatırladaq ki, avqustun 27-də saat 23:00 radələrində rayonun E.Səfərov küçəsində sözügedən sürücü yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq idarə etdiyi "Mersedes" markalı avtomobillə yolu keçən piyada 1928-ci il təvəllüdlü Fərman İbrahimovu vuraraq hadisə yerindən qaçmışdı.

Zərərçəkən aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdi.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi açılmışdı.

E.Abdullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Tarix
2016.08.31 / 18:40
Müəllif
Axar.az
Digər xəbərlər

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla