Yuxarı

Başçının sakinlərlə görüşündə insident: bir nəfər həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başçının sakinlərlə görüşündə insident: bir nəfər həbs edildi

Tərtər Rayon İcra Hakimiyyəti başçısının kənd sakinləri ilə görüşündə insident baş verib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Tərtər rayonu Yuxarı Sarıcalı kəndində olub.

Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Səyyad oğlu Məmmədovun kənd sakinləri ilə görüş zamanı 1985-ci il təvəllüdlü sakin tədbiri pozaraq ona müdaxilə edib. O, tədbirin gedişatına maneə törətməklə ictimai qaydanı pozub.

Bu hərəkətlərinə görə o, polis əməkdaşları tərəfindən saxlanılaraq Tərtər rayon polis şöbəsinə gətirilib, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə ittiham elan edilib.

Tərtər Rayon Məhkəməsinin qərarı ilə kənd sakini 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Tarix
2026.03.13 / 12:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla