Yuxarı

Azərbaycanda radiolardan biri bağlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda radiolardan biri bağlandı

Azərbaycanda radio bağlanıb. Musavat.com xəbər verir ki, 107.7 dalğasında yayımlanan Avto FM radiosu fəaliyyətini dayandırıb.

Musavat.com xəbər verir ki, radio artıq yayımda deyil. İlkin məlumata görə, sentyabrın 1-i saat 00.00-dan yayımın dayandırılması barədə qərarı təsisçi verib və əməkdaşlarla müqaviləyə xitam verilib.

Avto FM 2013-cü il tarixdə fəaliyyətə başlayıb və 107.7. MHz tezliyində yayımlanıb.

Milli Televiziya və Radio Şurasının 02 aprel 2013-ci il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.

Radionun əməkdaşları iş yerində çəkdirdikləri son fotonu "Sonuncu foto" qeydi ilə paylaşıblar.

Radionun aparıcısı Günel Hümbətova da Avto FM-in bağlanması barədə sosial şəbəkədə məlumat verib. O, studiyada çəkilmiş son fotosunu paylaşıb və yazıb: "Radionu çox sevirəm. Radioda işləməyi isə heç bir işə dəyişməyəcək qədər. Avto FM-i xüsusilə sevirdim. Bu gündə Avto FM yayımını dayandırdı. Çox darıxacam...".

Radionun təsisçisi olan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi isə yayımın dayandırılması ilə bağlı heç bir rəsmi məlumat yaymayıb.

Tarix
2016.09.01 / 09:13
Müəllif
Axar.az
Digər xəbərlər

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla