Yuxarı

"BakuBus"dan növbəti yenilik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"BakuBus"dan növbəti yenilik

BakuBus MMC öz sürücüləri üçün yaddaş kitabçası hazırlayıb. Sürücülərin maarifləndirilməsi üçün zəruri hesab olunan məlumatların əks olunduğu "Sürücünün yaddaş kitabçası" sərnişindaşıma fəaliyyətini daha səmərəli təşkil etmək və sürücülərin peşəkarlığını artırmaq məqsədi ilə hazırlanıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat verən BakuBus MMC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur Piriyev yaddaş kitabçasında avtobus sürücüsü peşəsinin beynəlxalq standartlara uyğun təsviri ilə yanaşı, "Bakubus"da fəaliyyət göstərən sürücülərin iş rejimi, işə hazırlıq prosesində görmələri zəruri olan tədbirlər, sərnişinlərlə davranış qaydaları, avtobusa texniki xidmət, eyni zamanda, gündəlik fəaliyyətə dair qeydlər və hesabatların verilmə qaydalarının əks olunduğunu bildirdi: "Bütün bunlarla yanaşı, sürücünün hüquq və vəzifələri, qəza zamanı hansı zəruri addımların atılması və digər məlumatlar geniş şəkildə yaddaş kitabçasında öz əksini tapıb. "BakuBus" sürücülərinə paylanacaq bu kitabçalar bundan sonra "BakuBus"un bütün avtobuslarında olacaq və sürücülər öz fəaliyyətlərini buradakı qaydalara əsasən həyata keçirəcəklər. Kitabçada göstərilən tələbləri yerinə yetirməyən sürücülər isə inzibati qaydada məsuliyyətə cəlb olunacaq".

Tarix
2016.09.01 / 21:34
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yazdı - Qafarov

Türkiyə XİN şəhidlərimizi belə yad etdi

İlham Əliyev və xanımı Zəfər parkında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla