Yuxarı

“Uyğun deyil”i “1 tablet” kimi tərcümə etmişik?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Uyğun deyil”i “1 tablet” kimi tərcümə etmişik?

Sosial şəbəkələrdə “Swiss Energy” markalı C vitamini fışıldayan tabletlərinin istifadəsi ilə bağlı təlimatda ziddiyyət olduğu iddiaları müzakirələrə səbəb olub. Paylaşımlarda məhsulun üzərində ingilis dilində “Not suitable for children under 14 years” (14 yaşdan aşağı uşaqlar üçün uyğun deyil) ifadəsinin yer aldığı, lakin Azərbaycan dilində təlimatda “4–14 yaş arası uşaqlar: gündə 1 tablet” kimi göstərildiyi bildirilir.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi İlkin Kərimov Axar.az-a açıqlamasında bildirib ki, “Swiss Energy” əmtəə nişanlı “Vitamin C” adlı bioloji aktiv qida məhsulu qanunvericiliyin tələblərinə uyğun şəkildə qeydiyyata alınıb.

"Məhsulun qeydiyyatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara uyğun aparılıb, idxal zamanı təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə sınaqlara cəlb olunub və müvafiq idxal sağlamlıq aktı ilə təmin edilib.

Məhsulun 11.09.2024-cü il tarixli ekspertiza rəyi nəzərə alınmaqla, AQTA-nın 19.02.2025-ci il tarixli qərarı əsasında qeydiyyata alınaraq Qida Təhlükəsizliyi Reyestrinə daxil edilib.

Analitik Ekspertiza Mərkəzinin məhsula dair ekspertiza rəyində istifadə qaydaları və dozası "4–14 yaş arası uşaqlar: 1 fışıldayan tablet gündə 1 dəfə" kimi göstərilib. Aparılan qiymətləndirmə zamanı məhsula dair normativ sənədlər, Azərbaycan dilində etiket eskizləri və istifadə üzrə təlimatlar, həmçinin məhsulun komponentləri, onların miqdarı və təhlükəsizlik göstəriciləri nəzərə alınıb”, – o qeyd edib.

AQTA rəsmisi əlavə edib ki, bioloji aktiv qida məhsulları dərman vasitəsi hesab olunmur:

“Bu məhsullar qida rasionunu zənginləşdirmək məqsədilə nəzərdə tutulur və tərkibində qidalandırıcı, fizioloji təsirə malik maddələr olur. Onların gündəlik qəbul dozası müəyyənləşdirilmiş qaydada təyin edilir”.

Tarix
2026.03.18 / 13:34
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla