Yuxarı

Nazirdən yeni təyin edilən rektora ciddi - Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirdən yeni təyin edilən rektora ciddi - Xəbərdarlıq

Sentyabrın 2-də Təhsil Nazirliyində ali təhsilə həsr olunmuş kollegiya iclası keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Kollegiya iclasında nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinin 2016-2017-ci tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrinin təhlili, təhsil müəssisələrində təhsil haqqının ödənilməsi, tələbə köçürülmələri, ali təhsil müəssisələri ictimaiyyətlə əlaqələr müstəvisində mövzuları üzrə məruzələri dinlənilib.

Daha sonra Azərbaycan Texnologiya Universitetinin 2015-2016-cı tədris ilindəki fəaliyyətinə və Azərbaycan-Fransa Universiteti layihəsi üzrə görülən işlərin cari vəziyyətinə dair hesabatlar dinlənilib.

Kollegiya iclasında gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.

Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasında çıxış edərək məruzə olunan mövzularla bağlı fikirlərini bildirib. Nazir son üç ildə ali təhsil müəssisələrinə tələbə qəbulunun kəmiyyət və keyfiyyət göstəricilərindən söz açıb, habelə təhsilalanların ölkədaxilində və xaricdə yerləşən bir ali təhsil müəssisəsindən, yaxud bir ixtisasdan digərinə köçürülməsi məqsədilə istifadəyə verilən elektron portalın (https://transfer.edu.az) əhəmiyyətini vurğulayıb.

İclasın sonunda bir sıra cari təşkilati məsələlər müzakirə olunmuş, Bakı Slavyan Universitetində aparılan təmir işlərinə zəruri nəzarətin təmin edilməyərək qanunvericiliyin tələblərinin və icra intizamının pozulmasına görə həmin təhsil müəssisəsinin rektoru N.Əliyevaya ciddi xəbərdarlıq elan edilib.

Xatırladaq ki, bir müddət öncə Bakı Slavyan Universiteti binasının girişindəki mozaikanın təmir çərçivəsində sökülməsi ictimai müzakirələrə səbəb olmuşdu.

Tarix
2016.09.02 / 22:06
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Rinkeviçslə görüşlə bağlı paylaşım - Video

Qriqoryanın Güllə Yunanıstanda qəribə görüşü - Foto

Bu nazirlik də yoxlamadan “üzüağ” çıxmadı

Hərbi xidmətlə bağlı bu cəzalara təkrar baxılacaq

Endryu Cons: Nuhun gəmisi Türkiyədədir - Foto

DSK-nin anbarında 4,7 milyonluq planşet aşkarlandı

9 il öncə imzalanmış bu Bəyannamə... - Prezident

Yeni Klinikanın direktor müavini də işdən çıxarıldı

Şuşa xəstəxanasının tikintisində nə qədər mənimsənilib?

Dövlət Agentliyində pozuntular: Müqavilələrin 80 faizi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla