Yuxarı

Belçikalı türklərdən Xocalı məktəbinə hədiyyə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Belçikalı türklərdən Xocalı məktəbinə hədiyyə

Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi və Belçika Gənc Türk Ocaqlarının keçmiş dönəm başkanı Rəcəb Tuncər Sarının şəxsi təşəbbüsü ilə Pirşağı qəsəbəsi ərazisində məskunlaşmış Xocalı 2 saylı tam orta məktəbinə yeni dərs ilinin başlanması münasibətilə məktəb ləvazimatlarından ibarət hədiyyə göndərilib.

Cəmiyyətdən Axar.az-a verilən məlumata görə, əsasən məktəbli geyim formaları, çantalar, məktəb ləvazimatları, məktəb üçün bilgisayar, səsgücləndirici meqafon, dəftər-qələm və s.-dən ibarət olan hədiyyələr məktəbə Azərbaycanda tərəfdaş təşkilat olan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi tərəfindən təqdim olunub.

ATXƏM-in icra katibi İlqar İlkin mərasimdə çıxış edərək, bildirib ki, Belçikada fəaliyyət göstərən Türkiyə və Azərbaycan diaspor təşkilatları mütəmadi şəkildə Avropada Xocalı soyqırımının tanıdılması ilə bağlı çalışırlar:

"Hər il Avropa Parlamenti önündə Xocalı mitinqləri, Xocalıya həsr olunmuş tədbirlər məhz Ayxan Dəmirçi və Tuncay Sarının böyük zəhməti və təşəbbüskarlıqları hesabına baş tutur. Cari ildə onlar Azərbaycanda olarkən Xocalı məktəblərinə də baş çəkib, məktəbə yardım edəcəklərinə söz vermişdilər. Onlar öz vədlərinə əməl etdilər və biz bu gün onlarla Xocalı məktəblilərinin sevincinə şahid oluruq, onların gözlərindəki minnətdarlıq duyğusunu görürük".

Dağlıq Qarabağ Azərbaycan İcmasının üzvü, Xocalı sakini Cavid Əliyev Ayxan Dəmirçi və Tuncay Sarıya Xocalılar adından öz minnətdarlığını bildirib. Xocalı şəhər 2 saylı tam orta məktəbinin direktoru Fiqurə Rüstəmova da göstərilən bu dəstəyə görə bütün Belçika türklərinə təşəkkür edib, bu gözəl təşəbbüsə təhsildə əldə edəcəkləri yüksək nailiyyətlərlə cavab verəcəklərini bildirib.

Tarix
2016.09.05 / 13:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla