Yuxarı

Prezident 2 sərəncam, 3 fərman imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident 2 sərəncam, 3 fərman imzaladı

12:47

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

1. 9.1.2.1-ci, 9.1.3.3-cü və 9.3.5.5-ci abzasların “Əsas icraçılar (fəaliyyət istiqamətlərinə uyğun olaraq)” sütununda “ETSN” akronimi “ADSEA” akronimi ilə, “Digər icraçılar” sütununda “ADSEA” akronimi “ETSN” akronimi ilə əvəz edilsin.

2. 9.1.3.2-ci abzasın “Tədbirin adı” sütununda “su mənbələri ehtiyatlarının iqlim amilləri ilə uzlaşdırılması” sözləri “iqlim amilləri nəzərə alınmaqla su ehtiyatlarının qiymətləndirilməsi” sözləri ilə, “Əsas icraçılar (fəaliyyət istiqamətlərinə uyğun olaraq)” sütununda “ETSN” akronimi “ADSEA” akronimi ilə və “Digər icraçılar” sütununda “ADSEA” akronimi “ETSN” akronimi ilə əvəz edilsin.

3. 9.2.3.4-cü, 9.2.3.5-ci, 9.3.1.2-ci, 9.3.1.3-cü və 9.3.3.6-cı abzasların “Digər icraçılar” sütunundan “ETSN,” akronimi çıxarılsın.

4. 9.4.1.1-ci və 9.4.1.2-ci abzasların “Əsas icraçılar (fəaliyyət istiqamətlərinə uyğun olaraq)” sütunundan “ETSN,” akronimi çıxarılsın və “Digər icraçılar” sütununa “XİN,” akronimindən sonra “ETSN,” akronimi əlavə edilsin.

5. 9.4.5.1-ci abzasın “Əsas icraçılar (fəaliyyət istiqamətlərinə uyğun olaraq)” sütununa “ETSN” akronimindən sonra “, “ADSEA” akronimi əlavə edilsin və “Digər icraçılar” sütunundan “ADSEA,” akronimi çıxarılsın.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. 2026-cı il fevralın 16-da Rabat şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Mərakeş Krallığı Hökumətinə bildiriş göndərsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. 2026-cı il fevralın 17-də Rabat şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Suriya Ərəb Respublikası Hökumətinə və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına bildiriş göndərsin.

***

Prezident İlham Əliyev “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 fevral tarixli 351-VIIQD nömrəli Qanununun tətbiqi və “Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin birinci hissəsinin doqquzuncu abzasında, 5-ci maddəsinin 2-ci hissəsində (ikinci halda), 6-cı maddəsinin 2-ci hissəsində, 8-ci maddəsinin 3-cü hissəsinin üçüncü abzasında, 10-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində və 5-ci hissəsində, 13-cü maddəsinin 8-ci hissəsində, 17-ci maddəsinin 2-ci hissəsində, 18-ci maddəsinin birinci cümləsində, 20-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasında, 25-ci maddəsində, 27-ci maddəsinin 6-cı hissəsində və 7-ci hissəsinin birinci abzasının üçüncü cümləsində, 27-1-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, 2-ci hissəsinin dördüncü abzasının birinci cümləsində, 3-cü hissəsində, 4-cü hissəsinin ikinci cümləsində, 5-ci (hər iki halda) və 6-cı hissələrində, 7-ci hissəsinin birinci abzasında, ikinci abzasının ikinci cümləsində, “a” bəndində və 8-ci hissəsində, 27-2-ci maddəsinin birinci cümləsində, 28-ci maddəsinin 4-cü hissəsinin birinci və üçüncü abzaslarında və 9-cu hissəsinin birinci cümləsində, 28-1-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, “a” və “b” bəndlərində, 28-2-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, “a” bəndinin birinci və ikinci abzaslarında, 2-ci hissəsinin birinci abzasında, “a”, “b” və “c” bəndlərində, 28-3-cü maddəsinin birinci cümləsində (hər iki halda), 29-cu maddəsinin 1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsinin üçüncü abzasında, 3-cü və 9-cu hissələrinin birinci abzaslarında və 10-cu hissəsinin birinci abzasında, ikinci abzasının birinci cümləsində və üçüncü–beşinci abzaslarında, 30-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsində, 3-cü hissəsinin birinci və ikinci abzaslarında, 5-ci hissəsinin ikinci abzasında və 7-ci hissəsinin birinci abzasının ikinci cümləsində, 32-ci maddəsinin 1-ci hissəsinin birinci və ikinci abzaslarında, 33-cü maddəsinin 1-ci hissəsinin ikinci və üçüncü abzaslarında, 37-1-ci maddəsinin 1-ci hissəsinin “a” bəndində və 3-cü hissəsinin birinci cümləsində, 37-2-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, “b” bəndində, 3-cü hissəsinin birinci cümləsində və 39.2-ci maddəsində (üçüncü halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 5-ci maddəsinin 2-ci hissəsində (ikinci halda), 6-cı maddəsinin 2-ci hissəsində, 10-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində və 5-ci hissəsində, 17-ci maddəsinin 2-ci hissəsində, 18-ci maddəsinin birinci cümləsində, 20-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasında, 25-ci maddəsində, 27-ci maddəsinin 6-cı hissəsində, 29-cu maddəsinin 10-cu hissəsinin beşinci abzasında, 30-cu maddəsinin 5-ci hissəsinin ikinci abzasında və 7-ci hissəsinin birinci abzasının ikinci cümləsində, 32-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasında və 39.2-ci maddəsində (üçüncü halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti və müvafiq sahə (sahələrarası) mərkəzi icra hakimiyyəti orqanları nəzərdə tutulur;

1.4. həmin Qanunun 1-ci maddəsinin birinci hissəsinin beşinci və doqquzuncu abzaslarında, 7-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasında və 5-ci hissəsinin birinci cümləsində, 8-ci maddəsinin 3-cü hissəsinin üçüncü abzasında və 4-cü hissəsinin birinci cümləsində, 9-cu maddəsinin 4-cü hissəsinin birinci cümləsində, 10-cu maddəsinin 2-ci hissəsinin birinci abzasında, 12-ci maddəsinin birinci hissəsinin üçüncü abzasında, 15-ci maddəsinin 3-cü hissəsinin birinci abzasının üçüncü cümləsində, 16-cı maddəsinin 2-ci hissəsinin birinci abzasının birinci cümləsində və ikinci abzasında, 17-ci maddəsinin 3-cü hissəsində, 19-cu maddəsinin 1-ci hissəsinin ikinci abzasının və 2-ci hissəsinin üçüncü abzasının ikinci cümlələrində, 4-cü hissəsində (hər iki halda), 20-ci maddəsinin 2-ci hissəsinin 2.7-ci bəndinin ikinci abzasında və 2.10-cu bəndinin ikinci abzasının ikinci cümləsində, 26-cı maddəsinin 3-cü hissəsində, 27-ci maddəsinin 1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsinin birinci (hər iki halda) və ikinci (hər iki halda) abzaslarında, 7-ci hissəsinin birinci abzasının üçüncü cümləsində və 8-ci hissəsinin ikinci abzasında, 27-1-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, 2-ci hissəsinin dördüncü abzasının birinci cümləsində, 3-cü hissəsində, 4-cü hissəsinin ikinci cümləsində, 5-ci (hər iki halda) və 6-cı hissələrində, 7-ci hissəsinin birinci abzasında, ikinci abzasının ikinci cümləsində, “a” bəndində və 8-ci hissəsində, 27-2-ci maddəsinin birinci cümləsində, 28-ci maddəsinin 2-ci hissəsinin birinci abzasının birinci cümləsində, 3-cü hissəsində (hər iki halda), 4-cü hissəsinin birinci və üçüncü abzaslarında, 9-cu hissəsinin birinci cümləsində, 10-cu hissəsinin birinci və ikinci cümlələrində, 28-1-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, “a” və “b” bəndlərində, 28-2-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, “a” bəndinin birinci və ikinci abzaslarında, 2-ci hissəsinin birinci abzasında, “a”, “b” və “c” bəndlərində, 28-3-cü maddəsinin birinci cümləsində (hər iki halda), 29-cu maddəsinin 1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsinin üçüncü abzasında, 3-cü hissəsinin birinci və altıncı abzaslarında, 5-ci hissəsinin ikinci abzasının birinci cümləsində və dördüncü abzasının ikinci cümləsində, 9-cu hissəsinin birinci abzasında və 10-cu hissəsinin birinci abzasında, ikinci abzasının birinci cümləsində, üçüncü və dördüncü abzaslarında, 30-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsində, 2-ci hissəsində, 3-cü hissəsinin birinci və ikinci abzaslarında, 5-ci hissəsinin birinci abzasında, 7-ci hissəsinin birinci və ikinci abzaslarının birinci cümlələrində, 32-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında və 3-cü hissəsində, 33-cü maddəsinin 1-ci hissəsinin birinci–üçüncü abzaslarında, 35-ci maddəsinin 1-ci hissəsində və 2-ci hissəsinin birinci və ikinci abzaslarında, 36-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında və 2-ci hissəsində, 37-1-ci maddəsinin 1-ci hissəsinin “a” bəndində və 3-cü hissəsinin birinci cümləsində, 37-2-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, “b” bəndində və 3-cü hissəsinin birinci cümləsində, 39.2-ci maddəsində (birinci halda) və 41-ci maddəsinin birinci–üçüncü hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci hissəsinin birinci abzası nəzərə alınmaqla, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin əqli mülkiyyət mübahisələri üzrə Apellyasiya şurasının sədri vəzifəsinin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 fevral tarixli 351-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 505 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin birinci hissəsinin beşinci və doqquzuncu abzaslarında, 5-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında və 2-ci hissəsində (hər iki halda), 6-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında və 2-ci hissəsində, 7-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasında və 5-ci hissəsinin birinci cümləsində, 8-ci maddəsinin 3-cü hissəsinin üçüncü abzasında və 4-cü hissəsinin birinci cümləsində, 9-cu maddəsinin 4-cü hissəsinin birinci cümləsində, 10-cu maddəsinin 2-ci hissəsinin birinci abzasında, 3-cü hissəsinin birinci cümləsində və 5-ci hissəsində, 12-ci maddəsinin birinci hissəsinin üçüncü abzasında, 13-cü maddəsinin 8-ci hissəsində, 15-ci maddəsinin 3-cü hissəsinin birinci abzasının üçüncü cümləsində, 16-cı maddəsinin 2-ci hissəsinin birinci abzasının birinci cümləsində və ikinci abzasında, 17-ci maddəsinin 2-ci və 3-cü hissələrində, 18-ci maddəsinin birinci cümləsində, 19-cu maddəsinin 1-ci hissəsinin ikinci abzasının və 2-ci hissəsinin üçüncü abzasının ikinci cümlələrində və 4-cü hissəsində (hər iki halda), 20-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasında, 2-ci hissəsinin 2.7-ci bəndinin ikinci abzasında, 2.10-cu bəndinin ikinci abzasının ikinci cümləsində, 25-ci maddəsində, 26-cı maddəsinin 3-cü hissəsində, 27-ci maddəsinin 1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsinin birinci (hər iki halda) və ikinci (hər iki halda) abzaslarında, 6-cı hissəsində, 7-ci hissəsinin birinci abzasının üçüncü cümləsində və 8-ci hissəsinin ikinci abzasında, 27-1-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, 2-ci hissəsinin dördüncü abzasının birinci cümləsində, 3-cü hissəsində, 4-cü hissəsinin ikinci cümləsində, 5-ci (hər iki halda) və 6-cı hissələrində, 7-ci hissəsinin birinci abzasında, ikinci abzasının ikinci cümləsində, “a” bəndində və 8-ci hissəsində, 27-2-ci maddəsinin birinci cümləsində, 28-ci maddəsinin 2-ci hissəsinin birinci abzasının birinci cümləsində, 3-cü hissəsində (hər iki halda), 4-cü hissəsinin birinci və üçüncü abzaslarında, 9-cu hissəsinin birinci cümləsində və 10-cu hissəsinin birinci və ikinci cümlələrində, 28-1-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, “a” və “b” bəndlərində, 28-2-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, “a” bəndinin birinci və ikinci abzaslarında, 2-ci hissəsinin birinci abzasında, “a”, “b” və “c” bəndlərində, 28-3-cü maddəsinin birinci cümləsində (hər iki halda), 29-cu maddəsinin 1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsinin üçüncü abzasında, 3-cü hissəsinin birinci və altıncı abzaslarında, 5-ci hissəsinin ikinci abzasının birinci cümləsində və dördüncü abzasının ikinci cümləsində, 6-cı hissəsində, 9-cu hissəsinin birinci abzasında və 10-cu hissəsinin birinci abzasında, ikinci abzasının birinci cümləsində və üçüncü–beşinci abzaslarında, 30-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsində, 2-ci hissəsində, 3-cü hissəsinin birinci və ikinci abzaslarında, 5-ci hissəsinin birinci və ikinci abzaslarında, 7-ci hissəsinin birinci abzasının birinci və ikinci cümlələrində və ikinci abzasının birinci cümləsində, 32-ci maddəsinin 1-ci hissəsinin birinci və ikinci abzaslarında və 3-cü hissəsində, 33-cü maddəsinin 1-ci hissəsinin birinci–üçüncü abzaslarında, 35-ci maddəsinin 1-ci hissəsində, 2-ci hissəsinin birinci və ikinci abzaslarında, 36-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında və 2-ci hissəsində, 37-1-ci maddəsinin 1-ci hissəsinin “a” bəndində və 3-cü hissəsinin birinci cümləsində, 37-2-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, “b” bəndində və 3-cü hissəsinin birinci cümləsində, 38-ci maddəsinin 1-ci hissəsində, 39.2-ci maddəsində (hər üç halda) və 41-ci maddəsinin birinci–üçüncü hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

3.2. 2.1-1-ci bənd ləğv edilsin;

3.3. 2.2–2.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.2. həmin Qanunun 5-ci maddəsinin 2-ci hissəsində (ikinci halda), 6-cı maddəsinin 2-ci hissəsində, 10-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində və 5-ci hissəsində, 17-ci maddəsinin 2-ci hissəsində, 18-ci maddəsinin birinci cümləsində, 20-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasında, 25-ci maddəsində, 27-ci maddəsinin 6-cı hissəsində, 29-cu maddəsinin 10-cu hissəsinin beşinci abzasında, 30-cu maddəsinin 5-ci hissəsinin ikinci abzasında və 7-ci hissəsinin birinci abzasının ikinci cümləsində, 32-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasında və 39.2-ci maddəsində (ikinci və üçüncü hallarda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.3. həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti və müvafiq sahə (sahələrarası) mərkəzi icra hakimiyyəti orqanları nəzərdə tutulur;

2.4. həmin Qanunun 1-ci maddəsinin birinci hissəsinin beşinci və doqquzuncu abzaslarında, 5-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında və 2-ci hissəsində (birinci halda), 6-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında, 7-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasında və 5-ci hissəsinin birinci cümləsində, 8-ci maddəsinin 3-cü hissəsinin üçüncü abzasında və 4-cü hissəsinin birinci cümləsində, 9-cu maddəsinin 4-cü hissəsinin birinci cümləsində, 10-cu maddəsinin 2-ci hissəsinin birinci abzasında, 12-ci maddəsinin birinci hissəsinin üçüncü abzasında, 15-ci maddəsinin 3-cü hissəsinin birinci abzasının üçüncü cümləsində, 16-cı maddəsinin 2-ci hissəsinin birinci abzasının birinci cümləsində və ikinci abzasında, 17-ci maddəsinin 3-cü hissəsində, 19-cu maddəsinin 1-ci hissəsinin ikinci abzasının və 2-ci hissəsinin üçüncü abzasının ikinci cümlələrində, 4-cü hissəsində (hər iki halda), 20-ci maddəsinin 2-ci hissəsinin 2.7-ci bəndinin ikinci abzasında və 2.10-cu bəndinin ikinci abzasının ikinci cümləsində, 26-cı maddəsinin 3-cü hissəsində, 27-ci maddəsinin 1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsinin birinci (hər iki halda) və ikinci (hər iki halda) abzaslarında, 7-ci hissəsinin birinci abzasının üçüncü cümləsində və 8-ci hissəsinin ikinci abzasında, 27-1-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, 2-ci hissəsinin dördüncü abzasının birinci cümləsində, 3-cü hissəsində, 4-cü hissəsinin ikinci cümləsində, 5-ci (hər iki halda) və 6-cı hissələrində, 7-ci hissəsinin birinci abzasında, ikinci abzasının ikinci cümləsində, “a” bəndində və 8-ci hissəsində, 27-2-ci maddəsinin birinci cümləsində, 28-ci maddəsinin 2-ci hissəsinin birinci abzasının birinci cümləsində, 3-cü hissəsində (hər iki halda), 4-cü hissəsinin birinci və üçüncü abzaslarında, 9-cu hissəsinin birinci cümləsində, 10-cu hissəsinin birinci və ikinci cümlələrində, 28-1-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, “a” və “b” bəndlərində, 28-2-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, “a” bəndinin birinci və ikinci abzaslarında, 2-ci hissəsinin birinci abzasında, “a”, “b” və “c” bəndlərində, 28-3-cü maddəsinin birinci cümləsində (hər iki halda), 29-cu maddəsinin 1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsinin üçüncü abzasında, 3-cü hissəsinin birinci və altıncı abzaslarında, 5-ci hissəsinin ikinci abzasının birinci cümləsində və dördüncü abzasının ikinci cümləsində, 6-cı hissəsində, 9-cu hissəsinin birinci abzasında və 10-cu hissəsinin birinci abzasında, ikinci abzasının birinci cümləsində, üçüncü və dördüncü abzaslarında, 30-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsində, 2-ci hissəsində, 3-cü hissəsinin birinci və ikinci abzaslarında, 5-ci hissəsinin birinci abzasında, 7-ci hissəsinin birinci və ikinci abzaslarının birinci cümlələrində, 32-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında və 3-cü hissəsində, 33-cü maddəsinin 1-ci hissəsinin birinci–üçüncü abzaslarında, 35-ci maddəsinin 1-ci hissəsində və 2-ci hissəsinin birinci və ikinci abzaslarında, 36-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında və 2-ci hissəsində, 37-1-ci maddəsinin 1-ci hissəsinin “a” bəndində və 3-cü hissəsinin birinci cümləsində, 37-2-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, “b” bəndində və 3-cü hissəsinin birinci cümləsində, 38-ci maddəsinin 1-ci hissəsində, 39.2-ci maddəsində (birinci halda) və 41-ci maddəsinin birinci–üçüncü hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur.”.

***

Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 375-VIIQD nömrəli Qanununun tətbiqi haqqınd sərəncam imzalayıb.

Sərəncamda deyilir:1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun

15.5-ci maddəsinə uyğun olaraq, qeyri-müntəzəm sərnişin daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinə dair tələblərin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də üç ay müddətində müvafiq dəyişiklik edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli

375-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

Tarix
2026.03.31 / 12:53
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda rekord yağışların səbəbi müharibədir? - Şok açıqlama

29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı?

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

Azərbaycanlıların Soyqırımı Günü: XİN bəyanat yaydı

Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

Ermənistanın dərmir yolları türk ölkəsinə verilir? - Rusiya

Pezeşkianın təşəkkür elədiyi ölkəyə SEPAH raket atdı

Bakı Təşəbbüs Qrupu: BMT bu qətnaməsini tam dəstəkləyirik

Azərbaycandan İranın Türkiyəyə raket hücumuna reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla