Yuxarı

Naxçıvan Ali Məclisi yalan məlumat yaydı - Kimi aldadır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvan Ali Məclisi yalan məlumat yaydı - Kimi aldadır?

Fransanın Strasburq şəhərində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 50-ci sessiyası keçirilib. Martın 31-dən başlayan sessiya aprelin 2-dək davam edir.

Axar.az xəbər verir ki, beynəlxalq tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ötən gün yaydığı məlumata görə, Azərbaycan nümayəndə heyətinə Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov rəhbərlik edir.

Sessiyada müasir demokratiyanın üzləşdiyi ciddi çağırışlar - böhran vəziyyətində yerli demokratiya, təhlükəsizlik və müdafiə, regional inkişaf, yeni texnologiyalar və sosial hüquqlar kimi məsələlər müzakirə olunur.

TNS TV dəqiqləşdirib ki, Naxçıvan Ali Məclisi feyk məlumat yayıb. Belə ki, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 50-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Ali Məclis sədrinin müavini Arzu Abdullayevdir, nümayəndə heyəti rəhbərinin müavini Biləcəri Bələdiyyəsinin sədri Fərid Cəfərovdur. Bəxtiyar Məmmədov, Bəhruz Abbasov, Samirə Hüseynova, Xumar Məmmədova isə nümayəndə heyətinin üzvləridir. Bəxtiyar Məmmədovla Xumar Məmmədova Ali Məclisi, Bəhruz Abbasov, Samirə Hüseynova bələdiyyələri təmsil edirlər.

Bütün bu məlumatlar Avropa Şurasının saytında öz əksini tapıb. İndi sual olunur: Naxçıvan Ali Məclisi niyə feyk məlumat yayaraq, Bəxtiyar Məmmədovu nümayəndə heyətinin rəhbəri kimi təqdim edib?

Bu, ictimaiyyəti aldatmaq cəhdidir.

Tarix
2026.04.02 / 22:19
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla