Yuxarı

Qurban bayramı ilə bağlı nəzarət gücləndirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurban bayramı ilə bağlı nəzarət gücləndirildi

Sentyabrın 12-13-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar baytarlıq nəzarəti gücləndirilir.

Kənd Təsərüffatı Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən (DBNX) əmr verilib.

Əmr respublikanın rayon və şəhərlərində qurbanlıq heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda satışının və kəsiminin qarşısını alması, ətlərin baytarlıq-sanitariya ekspertizasından keçirilməsi məqsədi ilə verilib.

Rayon, şəhər baytarlıq idarələrinin rəislərinə Qurban bayramı ilə əlaqədar olaraq heyvanların kütləvi halda satışı və kəsimi üçün xüsusi ayrılmış yerlərdə heyvanların sağlamlığının müəyyən olunması, baş verə biləcək təhlükəli xəstəliklərin qarşısını almaq, ətin və ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətini gücləndirmək tapşırılıb. Bu məqsədlə heyvan satışı və kəsimi yerlərinə baytarlıq mütəxəssisləri təhkim olunub.

Həmçinin rayon və şəhərə satış üçün gətirilən iribuynuzlu və xırdabuynuzlu heyvanların sağlamlıqları barədə Baytarlıq Şəhadətnamənin olmasının müəyyənləşdirməsi, bunun nəticəsindən asılı olaraq müvafiq tədbir görülməsi, qurbanlıq heyvanların qəbulunda, saxlanmasında və kəsilməsində baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsi tapşırılıb.

Tarix
2016.09.06 / 10:35
Müəllif
Axar.az
Digər xəbərlər

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla