Yuxarı

ANS-in vəsatəti təmin edildi - Məhkəmə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANS-in vəsatəti təmin edildi - Məhkəmə

Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində "ANS ÇM Yayım və Media" Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ANS-in vəkili Raqif Mustafayev iddianın başqa hakimin icraatına verilməsi ilə bağlı vəsatət qaldırıb.

Vəsatət təmin olunub, iş Müseyib Bayramovun icraatına verilib.

Proses Müseyib Bayramovun sədrliyi ilə keçirilib. Hakim işlə tanış olmadığını əsas gətirərək prosesi sentyabrın 9-na təyin edib.

Qeyd edək ki, ötən həftə keçirilən hazırlıq iclasında hakim qərarla tanış olmaq üçün ANS-ə vaxt verib.

Xatırladaq ki, MTRŞ-nın 18 iyulda keçirilmiş iclasında "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq "ANS ÇM Yayım və Media" Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Yayım zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları əsas götürülərək ANS ÇM radiosunun xüsusi razılığı (lisenziya) ləğv olunub.

"ANS ÇM Yayım və Media" Şirkəti dəymiş maddi və mənəvi ziyana görə MTRŞ-dan 1 milyon manat təzminat tələb edir.

Tarix
2016.09.06 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla