Yuxarı

"Bona Dea" “Liv Hospital”a bağlı deyil?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bona Dea" “Liv Hospital”a bağlı deyil?

15:10

Bu gün Nəsimi Rayon Məhkəməsində "Liv Bona Dea Hospital"ının mənə qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirildi. Lakin iclas zamanı müəyyən oldu ki, "Bona Dea" şirkəti onun məşhur "Liv Hospital" şəbəkəsinə aid olduğunu təsdiq edəcək heç bir sənədi məhkəməyə təqdim etməyib.

Axar.az xəbər verir ki, "Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli qeyd edib.

"Mən əməliyyat üçün xəstəxana seçərkən məhz "Liv" adına güvənərək oraya müraciət etmişdim. Xatırladım ki, "Liv Hospital" yüksək beynəlxalq standartlarla işləyən klinika şəbəkəsidir. Mən bilsəydim ki, "Bona Dea" "Liv Hospital"ın filialı deyil, heç zaman onlara müraciət etməzdim", - o bildirib.

"Liv Hospital"ın veb səhifəsində isə "xəstəxanalarımız" bölməsində Bakıdakı "Liv Bona Dea Hospital"ın adı keçir.

Məsələ ilə bağlı “Liv Bona Dea Hosbital”ından saytımıza verilən açıqlamada bildirilib ki, məhkəmə başqa mövzuda olduğu üçün həmin sənədlər təqdim edilməyib:

“Növbəti məhkəmə prosesində sözügedən müqaviləni aparacağıq. 2022-ci ildə “Liv Bona Dea Hospital” “Liv Hospital” şəbəkəsi ilə müqavilə bağlayıb. “Liv Hospital”ın səhifəsinə nəzər salsanız, filiallar arasında bizim xəstəxananın adını da görəcəksiniz”.

Qeyd edək ki, N.Köçərli bir müddət əvvəl “Liv Bona Dea” xəstəxanasında əməliyyat olunandan sonra həkim məsuliyyətsizliyi ilə qarşılaşdığı haqda paylaşım etmişdi. Bundan sonra onunla xəstəxana arasında məhkəmə çəkişməsi başlayıb.

Tarix
2026.04.07 / 16:14
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Ukraynada SOCAR-ın YDM-i belə vuruldu – Anbaan video

Azərbaycan İsraildəki səfirini geri çağırdı - Təcili

Efirdə AzTV sədri ilə mübahisə, batan “T” və ayaqqabı...

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla