Yuxarı

Azərbaycan Belarusdan 100 ədəd MAZ alacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Belarusdan 100 ədəd MAZ alacaq

Minsk Avtomobil Zavodu (MAZ) Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ehtiyacları üçün Gəncə Avtomobil Zavoduna 100 ədəd MAZ-6312S5 maşını tədarük edəcək.

Axar.az Report-a istinadən xəbər verir ki, aprelin 7-də Minskdə "MAZ" ASC-nin baş direktoru Valeri İvankoviç və "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev müvafiq müqavilə imzalayıblar.

Belarusun sənaye naziri Andrey Kuznetsov imzalanma mərasimində vurğulayıb ki, Azərbaycanın ehtiyacları üçün kommunal maşınların istehsalı iki ölkə arasında gələcək qarşılıqlı faydalı əməkdaşlıq üçün növbəti addımdır.

"Azərbaycan bizim ənənəvi bazarımız, sənaye əməkdaşlığını inkişaf etdirdiyimiz əsas tərəfdaşlarımızdan biridir. Biz əsas diqqəti MAZ, Minsk Traktor Zavodu, "Mogilevliftmash"a yönəldirik. Eyni zamanda, Azərbaycanda məişət texnikası istehsalı üzrə birgə müəssisənin yaradılması üzərində işləyirik", - o qeyd edib.

Öz növbəsində, Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev müqavilənin imzalanmasını müsbət qiymətləndirib. Diplomat Bakı ilə Minskin qarşılıqlı ticarət dövriyyəsini artırmaqla bağlı niyyətni xatırladıb:

"Qarşıya iki ölkə arasında ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq vəzifəsi qoyulub. Hələ ki bu rəqəmə çatmamışıq, lakin artıq yarım milyarda nail olmuşuq. Əminəm ki, müqavilənin imzalanması qarşılıqlı fəaliyyətin aktivləşməsinə əlavə təkan verəcək, münasibətlərimizi möhkəmləndirəcək".

Tarix
2026.04.07 / 19:18
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla