Yuxarı

İsrail səfiri Lerikdə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail səfiri Lerikdə - Foto

İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav bu gün Lerik rayonunda rəsmi səfərdə olub.

APA-nın məlumatına görə, səfər ərzində səfiri xanımı Gili Stav, missiya rəhbərinin müavini Amir Rom, səfirliyin İqtisadi və Ticarət Əlaqələri departamentinin rəhbəri Kəmalə Ramazanova müşayiət ediblər.

Lerik rayonu ilə tanışlıq məqsədi daşıyan səfər çərçivəsində Dan Stav Lerik Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rövşən Bağırovla görüşüb. Çay süfrəsi arxasında davam edən görüşdə R.Bağırov qonağa rayonun qədim tarixi, coğrafi mövqeyi, adət-ənənəsi, mədəniyyəti haqqında məlumat verərək, aqrar bölmənin dirçəldilməsi üçün həyata keçirilən tədbirlərdən, turizm potensialı və son illərdə görülmüş tikinti-quruculuq işlərindən söz açıb.

Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Dan Stav İsrail-Azərbaycan dövlətləri arasında ikitərəfli əməkdaşlığın getdikcə inkişaf etdiyini vurğulayıb, Azərbaycanda gedən sosial-iqtisadi inkişafın onda xoş təəssürat oyatdığını, paytaxtla yanaşı region şəhərlərində də inkişafın, müasirləşmənin getdiyini, Lerikin füsunkar təbiətinin insanda xoş əhval-ruhiyyə yaratdığını və burada olmasından məmnun qaldığını diqqətə çatdırıb.

Görüş zamanı səfir Dan Stava rayon sakinləri tərəfindən hazırlanmış xalq sənətkarlığı nümunələrindən ibarət hədiyyələr, rayon haqqında yazılmış kitablar və təbii Lerik balı hədiyyə edilib. Daha sonra qonaq "Uzunömürlülər" və rayon tarix diyarşünaslıq muzeylərindəki eksponatlarla, həmçinin rayonun bir sıra tarixi və mədəni abidələri ilə yaxından tanış olub.

Tarix
2016.09.07 / 20:19
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkənin səfirinin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla