Yuxarı

20 Yanvar yolu genişləndirildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
20 Yanvar yolu genişləndirildi - Video

Bakı şəhəri Moskva prospektində avtomobil tunelindən çıxdıqdan sonra 20 Yanvar dairəsi istiqamətinə gedən yola keçid hissədə və dairəyə doğru aparılan yenidənqurma işləri qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.

Azəravtoyol ASC-dən Axar.az-a verilən məlumata görə, artıq sözügedən ərazidə məhdudlaşdırma aradan qaldırılaraq avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Qeyd edək ki, bu ərazidə işlər Bakı şəhərində avtonəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində Azəravtoyol ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində görülürdü.

Paytaxtın şimal girişində, Moskva prospektində kompleks halda atılmış addımların məntiqi davamı olaraq prospektdən şəhərə giriş hissədə 20 Yanvar dairəsinə doğru genişləndirilib.

Məqsəd Sumqayıt şəhərindən və Bakının şimal istiqamətindən şəhərə daxil olan avtonəqliyyat vasitələrinin rahatlıqla 20 Yanvar dairəsinə çıxışını təmin etməkdir. Bundan öncə Moskva prospektindəki tuneldən şəhər istiqamətinə gələrək körpüyə çıxmadan sağa - 20 Yanvar dairəsinə tərəf hərəkət etmək üçün bir zolaqdan ibarət şaxələnmə yeri mövcud idi. Aparılan işlər nəticəsində həmin şaxələnmə yeri genişləndirilərək iki hərəkət zolaqlı edilib. Nəticədə, tuneldən çıxaraq 20 Yanvar dairəsinə tərəf hərəkət etmək istəyən sürücülərin həmin şaxələnmə yeri qarşısında yaratdığı tıxac və ləngimə əhəmiyyətli dərəcədə aradan qaldırılmış olub.

Bütün işlər Azəravtoyol ASC-nin rəhbərliyinin nəzarəti sözügedən ərazidə avtonəqliyyat axınının yüksək olması nəzərə alınaraq qısa müddət ərzində və yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunmuşdu.

Azəravtoyol ASC bundan sonra da avtonəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində işlərini davam etdirəcək.

Tarix
2016.09.08 / 11:35
Müəllif
Axar.az
Digər xəbərlər

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Qafarov

Türkiyə XİN şəhidlərimizi belə yad etdi

İlham Əliyev və xanımı Zəfər parkında

Fürsət gözləyirdik, ermənilər hücuma keçdi - Politoloq

Tramp Sini “qeyri-adi” qarşıladı: Bu, nəyi dəyişdi?

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım etdi

Təlimə gəlmişdik, müharibə başladı - Polkovnik

Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla