Yuxarı

Komitə sədri yəhudilərlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komitə sədri yəhudilərlə görüşdü

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı sentyabrın 8-də İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

DQİDK-nın mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, M.Qurbanlı qonaqlara Dövlət Komitəsinin fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanda müxtəlif dinlərin və konfessiyaların nümayəndələri sülh, dostluq şəraitində yaşayırlar və müstəqil formada dini ibadətlərini həyata keçirirlər. Qeyd edilib ki, Konstitusiyamızda Azərbaycanın dünyəvi dövlət olması prinsipi yer alıb, bu dünyəvilik isə özündə dövlət-din münasibətlərini ehtiva edir. Komitə sədri vurğulayıb ki, bu gün Azərbaycanda tolerantlığın mühüm elementlərindən biri onun qorunmasının dövlət siyasətinə çevrilməsidir.

Yəhudilərin Azərbaycanda 2500 ildir ki, məskunlaşdığını, öz adət-ənənələrini qoruyub saxladıqlarını deyən Mübariz Qurbanlı bu icmanın Azərbaycanın ictimai-siyasi həyatında yaxından və fəal iştirak etdiyini diqqətə çatdırıb.

İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinter Azərbaycana səfər proqramlarının geniş olduğunu, çoxsaylı görüş və tədbirlər keçirdiklərini bildirərək bu müddət ərzində ölkəmizi yaxından tanıdıqlarını deyib. Qonaq Azərbaycanın multikulturalizm məsələlərinə böyük önəm verən çox az sayda ölkələrdən biri olduğunu vurğulayıb. Ölkəmizdəki dövlət-din münasibətlərini, tolerantlıq ənənələrini, yəhudi icmasına göstərilən yüksək qayğı və diqqəti xüsusi vurğulayan qonaq bunun bütün dünya üçün nümunə ola biləcəyini qeyd edib.

Görüşdə, həmçinin İsveçrə Yəhudi İcmaları Federasiyası ilə əməkdaşlıq məsələsi müzakirə olunub.

Qonaqlara Azərbaycandakı dini abidələrin fotoşəkillərindən ibarət kitab təqdim edilib.

Tarix
2016.09.08 / 19:19
Müəllif
Axar.az
Digər xəbərlər

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla