Yuxarı

İsrail səfiri Astarada - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail səfiri Astarada - Foto

İsrail dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav cənub bölgəsinə səfəri çərçivəsində sentyabrın 7-də Astara rayonunda olub.

Axar.az xəbər verir ki, Astara Rayon İcra Hakimiyyətində (RİH) keçirilən görüşdə icra başçısı Qəzənfər Ağayev səfirə Astaranın qədim tarixi, rayonun coğrafi mövqeyi, adət-ənənələri, mədəniyyəti haqqında məlumat verib. Rayon iqtisadiyyatının əsasını təşkil edən çayçılığın, sitrusçuluğun, çəltikçiliyin, tərəvəzçilik və heyvandarlığın inkişafı istiqamətində son illərdə həyata keçirilən tədbirlər, aqrar bölmənin dirçəldilməsi üçün atılan addımlar barədə ətraflı söz açan Q.Ağayev həmçinin rayonda xarici turizmin inkişafına diqqətin artırıldığını bildirib.

Səmimi qəbula və qonaqpərvərliyə görə icra başçısına minnətdarlıq edən Dan Stav İsrail-Azərbaycan dövlətləri arasında getdikcə inkişaf edən ikitərəfli əməkdaşlığın hər iki ölkəyə böyük faydalar verəcəyini söyləyib. Asiya-Avropa ölkələrini birləşdirən, Azərbaycanda reallaşan Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan dəmir yolunun istifadəyə verilməsi ilə ölkələr arasında iqtisadi və mədəni əlaqələrin daha da genişlənəcəyini qeyd edən tərəflər turizm və kənd təsərrüfatı sahəsində mütəxəssis mübadiləsinin faydalı olacağını vurğulayıblar.

Sonra qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.

Səfərinin sonunda Dan Stav Astara şəhərində Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksi və Astaraçay MMC-nin çay fabriki, "Çay muzeyi" və çay plantasiyası ilə tanış olub.

Tarix
2016.09.08 / 21:04
Müəllif
Axar.az
Digər xəbərlər

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla