Yuxarı

Xəzərdə daha bir zəlzələ - bu gün 4-cüdür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərdə daha bir zəlzələ - bu gün 4-cüdür

08:14

Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla aprelin 14-ü saat 03:03-də qeydə alınan zəlzələnin ocağı 29 kilometr dərinlikdə olub.

Bundan başqa, Xəzər dənizində yerli vaxtla saat 06:43-də daha bir zəlzələ qeydə alınıb.

3.1 maqnitudalı zəlzələ yerin 50 kilometr dərinliyində meydana gəlib.

Qeyd edək ki, son günlər Xəzər dənizində seysmoloji aktivlik müşahidə edilir.

***

Xəzər dənizində 3,8 maqnitudalı zəlzələ olub.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla aprelin 14-ü saat 10:00-da qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 5 kilometrdir.

***

Xəzər dənizində bu gün 3,1 maqnitudalı dördüncü zəlzələ baş verib.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla aprelin 14-ü saat 10:21-də qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 25 kilometrdir.

Tarix
2026.04.14 / 10:36
Müəllif
Axar.az
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla