Yuxarı

“Elmlər Akademiyası” bu tarixdə açılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Elmlər Akademiyası” bu tarixdə açılacaq

"Elmlər Akademiyası" metro stansiyasının 1-ci vestibülü sentyabrın 15-də istifadəyə veriləcək.

Axar.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, "Elmlər Akademiyası" metro stansiyasının 1-ci vestibülündə aparılan təmir işləri başa çatmaq üzrədir, işlərin əksər hissəsi görülüb.

Stansiyanın 1-ci vestibülünün açılışı oktyabr ayına planlaşdırılmasına baxmayaraq, sentyabrın 15-də yeni dərs ilinin başlamasını, xüsusilə də "Elmlər Akademiyası" stansiyasında sıxlıq yaranacağını nəzərə alaraq, sentyabrın 15-də stansiyanın açılışı nəzərdə tutulur.

Qeyd edək ki, vestibülün bağlanmasına səbəb 3 eskalatorun istismar müddətini başa vurması olub. Buna görə də həmin vestibüldəki hər 3 eskalator sökülərək yeni, müasir eskalatorlarla əvəzlənib. Eskalatorla yanaşı, stansiyanın birinci vestibülü də təmir edilir.

Tarix
2016.09.09 / 17:10
Müəllif
Axar.az
Digər xəbərlər

Fürsət gözləyirdik, ermənilər hücuma keçdi - Politoloq

Tramp Sini “qeyri-adi” qarşıladı: Bu, nəyi dəyişdi?

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım etdi

Təlimə gəlmişdik, müharibə başladı - Polkovnik

Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla