Yuxarı

Tacikistan Azərbaycana böyük önəm verir - Səfir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tacikistan Azərbaycana böyük önəm verir - Səfir

Tacikistanın Azərbaycandakı səfirliyi bu ölkənin milli bayramı – dövlət müstəqilliyi münasibətilə rəsmi qəbul təşkil edib.

Axar.az xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra çıxış edən səfir Zohir Saidov Tacikistanın müstəqillik dövründə keçdiyi inkişaf yolundan danışıb. O, müstəqilliyin ən böyük nailiyyəti olan sülhün, suverenliyin və milli birliyin təmin olunmasında tacik xalqının müdrikliyinin və Prezident Emoməli Rəhmonun rolunu xüsusi qeyd edib.

Diplomat Azərbaycan ilə Tacikistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib, əlaqələrin qurulmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini vurğulayıb. O, həmçinin münasibətlərin daha da inkişafında prezidentlər Emoməli Rəhmonun və İlham Əliyevin mühüm rollarının olduğunu diqqətə çatdırıb.
Rəsmi qəbulda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan hökuməti adından Tacikistan xalqını təbrik edib, sülh və əmin–amanlıq arzularını çatdırıb. Nazir ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla inkişaf etdiyini, münasibətlərimizin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslandığını diqqətə çatdırıb. O, uğurlu əməkdaşlığın əsasında dövlətlərimizin başçılarının şəxsi dostluq münasibətlərinin, eləcə də ölkələrimizin rəsmilərinin mütəmadi qarşılıqlı səfərlərinin dayandığını söyləyib. Nazir Azərbaycan-Tacikistan əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Xatırladaq ki, tədbir çərçivəsində Tacikistana həsr olunmuş sərgi və guşə də açılıb.

Tarix
2016.09.09 / 21:29
Müəllif
Axar.az
Digər xəbərlər

Fürsət gözləyirdik, ermənilər hücuma keçdi - Politoloq

Tramp Sini “qeyri-adi” qarşıladı: Bu, nəyi dəyişdi?

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım etdi

Təlimə gəlmişdik, müharibə başladı - Polkovnik

Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla