Yuxarı

Kartla ödəniş edənlərə pis xəbər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kartla ödəniş edənlərə pis xəbər - Video

Müştərilər kartla ödəniş etdikdə kartı buraxan bank və ödənişi qəbul edən bank arasındakı hesablaşmalara görə xidmət haqqı tətbiq edilir. Sözügedən xidmət haqqı ticarət obyektləri tərəfindən banklara ödənilir.

Axar.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Mərkəzi Bankın müvafiq qərarına əsasən, iyunun 1-dən bu xidmət haqqının yuxarı həddi müəyyən sahələr üzrə aşağı salınacaq. Belə ki, yuxarı hədd 0.25 faiz bəndi endirilməklə aptek və ərzaq mağazaları üzrə ödəniş məbləğinin 1.25%-i, yanacaq kateqoriyası üzrə 0.75%-i, ümumi kateqoriyada isə 1.5%-i səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, banklar tərəfindən nağdsız ödənişlərə görə verilən keşbeklərin maliyyə mənbəyi həmçinin bu xidmət haqqı hesabına əldə edilən gəlirlərdir.

İqtisadçı Rəşad Həsənov bildirir ki, bu baxımdan sözügedən xidmət haqqının azalması keşbeklərə təsir edə bilər:

"Bazar doyandan, vərdişlər formalaşandan, genişlənmə imkanı məhdudlaşandan və bu istiqamətə sərf olunan xərclər effektivliyini itirəndən sonra banklar artıq müvafiq siyasətlərinə yenidən baxmalı olurlar ki, son dövrlərdə biz bunu müşahidə edirik. Yəni artıq keşbeklərlə əlaqədar məsələ əvvəlki dövrlərdə olduğu kimi cəlbedici deyil və bu istiqamətdə təkliflərin marağı günbəgün azalmaqdadır".

Tarix
2026.04.18 / 00:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla