Yuxarı

Sürücülük vəsiqəsinin alınmasında dəyişiklik – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücülük vəsiqəsinin alınmasında dəyişiklik – Video

Sürücülük vəsiqəsinin alınmasında bəzi dəyişikliklər ediləcək.

Axar.az xəbər verir ki, CE, D, və DE kateqoryalı nəqliyyat vasitələrinin idarə edilməsi qaydaları dəyişdirilir. Bununla bağlı təkliflər artıq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında qəbul edilib və plenar iclasın gündəliyinə salınıb.

Təkliflər arasında ən maraqlısı avtobus idarə edən sürücülərə aiddir. İctimai nəqliyyatda baş verən hadisələri aradan qaldırmaq məqsədi ilə bu nəqliyyat vasitəsinin sürücülərinin yaş həddi artırılacaq. Yəni əvvəllər avtobus idarə etmək üçün sürücüdən minimum 3 il təcrübə və 21 yaşının olması tələb edilirdisə, indi müddətlər artırılıb.

Bundan başqa, D kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ maksimum 65 yaşadək olacaq. Yəni 65 yaşı keçmiş şəxs avtobus idarə edə bilməz. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Xəzər xəbər"ə açıqlamasında bu təklifin yanlış olduğunu deyib. Onun fikrincə, bu dəyişiklik yalnız ictimai nəqliyyata tətbiq olunmalıdır.

Digər əlavə isə DE kateqoriyası ilə bağlıdır. Qoşqulu avtomobil idarə etmək üçün yaş həddi 26-dan 65-ə qədər olacaq. Bundan əlavə, belə sürücülərdən ən az 3 il təcrübə tələb olunacaq.

Tarix
2016.09.10 / 11:14
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla