Yuxarı

Yol polisindən sürücülərə - Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisindən sürücülərə - Xəbərdarlıq

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Qurban bayramı ilə əlaqədar sürücülərə müraciət edib.

BDYPİ-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumatda bildirilib ki, həftə sonu və müqəddəs Qurban bayramı ilə əlaqədar bölgələrə və bölgələrdən paytaxt istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin hərəkətində intensivlik müşahidə olunur:

"Sürücülər bu günlər ərzində son dərəcə diqqətli olmalı, yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər. Xüsusən qaranlıqda yola çıxanlardan xahiş olunur ki, yorğun və yuxulu olarkən sükan arxasına keçməsinlər. Yolboylu yuxu və yorğunluq hiss etdikdə Dövlət Yol Polisinin istənilən stasionar postunda avtomobili saxlayıb qısamüddətli istirahət etmək mümkündür. DYP xüsusi olaraq sürücülərin diqqətinə çatdırır ki, qaranlıqda yol hərəkətinin digər iştirakçılarının diqqətini yayındarmamaq və qəza şəraiti yaratmamaq üçün işıq cihazlarından düzgün istifadə etmək lazımdır. İşıqlandırılmayan yollarda qarşıdan gələn nəqliyyat vasitəsinə 150 metr qalmış uzaq işıqları yaxın işıqlara keçirməyi unutmayın. İşıqlandırılan yollarda isə uzaq işıqlardan istifadə qəti qadağandır".

BDYPİ xüsusilə sürücülərdən yol və hava şəratini nəzərə almağı, ərazidəki sürət həddinə əməl etməyi, ötmə-manevr qaydalarını pozmamağı tövsiyə edir:

"Qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxmaq və digər bu kimi hallar ağır nəticələrə səbəb ola bilər. Dövlət Yol Polisi xatırladır ki, son vaxtlar baş verən ağır yol-nəqliyyat hadisələrinin əksəriyyəti məhz sürət həddininin aşılması, ötmə-manevr qaydalarının pozulması və qarşı yola çıxılması ucbatından baş verir".

Tarix
2016.09.10 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

Təlimə gəlmişdik, müharibə başladı - Polkovnik

Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla