Yuxarı

Qurbanlıq heyvanlar bu ünvanlarda satılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurbanlıq heyvanlar bu ünvanlarda satılacaq

Sentyabrın 12-də səhər saatlarından etibarən Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.

Axar.az xəbər verir ki, satış yarmarkalarını Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə təşkil edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, satış yarmarkalarında qurbanlıq heyvanlar bazara nisbətən daha ucuz qiymətə təklif olunacaq.

Qurbanlıq heyvanların satışı aşağıdakı ünvanlarda təşkil ediləcək:

Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 26, Keşlə bazarının yanı;

Xətai rayonu, "Nargilə" kafesinin yanı;

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Meyvəli" bazarının yanı;

Yasamal rayonu, Şərifzadə küçəsi, 196, "İdeal" şadlıq sarayının həyəti.

Tarix
2016.09.10 / 18:59
Müəllif
Axar.az
Digər xəbərlər

Təlimə gəlmişdik, müharibə başladı - Polkovnik

Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla