Yuxarı

Kür sahilləri təmizlənir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kür sahilləri təmizlənir - Foto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyi dəniz ətraf mühiti üzrə ixtisaslaşmış dünya şöhrətli "Blue Marine Foundation" (BMF) təşkilatı ilə birgə Kür çayının sahil ərazilərində "Təmiz Kür" adlı təmizlik kampaniyasına başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, kampaniyaya Salyan şəhərinin və Sabirabad rayonunun Məmişlər kəndinin Kür çayı sahillərində start verilib.

Keçirilən aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və İDEA İctimai Birliyinin könüllüləri ilə birgə yüzlərlə ictimaiyyət və müxtəlif QHT nümayəndələri, o cümlədən əsasən yerli gənclərdən ibarət könüllülər dəstəsi iştirak ediblər.

Kampaniyanın əsas məqsədi Kür çayı sahillərinin tullantılarla çirkləndirilməsinin qarşısının alınması, o cümlədən bu ərazilərdə təmizliyə riayət olunması, xüsusilə atılan məişət tullantılarının Kür çayı və nəticə etibarilə Xəzər bioresurslarına vurduğu zərərlərlə bağlı ictimaiyyətin maarifləndirilməsidir.

ETSN-nin aidiyyəti qurumları tərəfindən tullantıların idarə olunması istiqamətində mütəmadi olaraq monitorinqlər, reydlər keçirilir, fiziki və hüquqi şəxslər qanunamüvafiq qaydada cərimə edilir. Lakin bu, mövcud problemlərin aradan qaldırılmasına kifayət etmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi İDEA İctimai Birliyi ilə birgə ictimaiyyəti, o cümlədən çay kənarına yaxın yaşayış məskənlərinin sakinlərini Kür çayını çirkləndirməməyə çağırır. ETSN və İDEA İctimai Birliyi ictimaiyyət nümayəndələrinin müxtəlif təbəqələrinin bu kampaniyaya qoşulmasını yüksək qiymətləndirir. Bu istiqamətdə tədbirlər Kür çayının sahilboyu yaşayış ərazilərində məskunlaşan əhali üçün mütəmadi olaraq davam etdiriləcək.

Tarix
2016.09.10 / 19:49
Müəllif
Axar.az
Digər xəbərlər

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla