Yuxarı

Bayramov bütün direktorları işdən çıxaracaq: Nə baş verir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov bütün direktorları işdən çıxaracaq: Nə baş verir?

TƏBİB-in yeni rəhbəri Anar Bayramov qurumun tabeliyində Bakıda yerləşən bütün xəstəxana direktorlarının ərizəsini alıb.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, növbəti mərhələdə Bakı Şəhər Baş Səhiyyə İdarəsinə tabe olan poliklinikaların baş həkimlərinin, eləcə də regionlardakı xəstəxana direktorlarının da ərizələrinin alınacağı gözlənilir.

Ərizələri alınan rəhbərlərin heç də hamısı ilə sağollaşılmır. Bəzilərinə başqa vəzifə, yaxud digər tibb müəssisələrində rəhbər postlar təklif olunur. Bu isə onu göstərir ki, Anar Bayramov vəzifəyə yeni təyin olunsa da, vəziyyəti kifayət qədər araşdırıb və özü üçün kimlə işləməyin mümkün olduğunu müəyyənləşdirib.

İşləyə biləcəyi şəxslərə yeni imkan verilir, işləmək istəmədiyi şəxslərlə isə yollar birdəfəlik ayrılır. Amma bütün hallarda heç kim köhnə yerində saxlanılmır.

Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı?

Xəstəxana direktorlarının ard-arda, kütləvi şəkildə işdən çıxarılması xəbərləri ciddi müzakirələrə səbəb olub. Çünki vəzifədən uzaqlaşdırılanlar arasında peşəkar, savadlı, illərlə bu sahədə çalışan, müsbət imici formalaşmış kadrlar da var.

Amma məsələyə yalnız adlar üzərindən baxmaq düzgün deyil: burada söhbət təkcə kadr dəyişikliyindən getmir, böyük pulların həzm-rabedən keçirildiyi bir mexanizmin sökülməsindən gedir.

İcbari tibbi sığortaya yığılan vəsaiti “udmuş” şəbəkənin addım-addım dağıdılmasından gedir…

Səhiyyə tam düzələcəkmi? Sistem şəffaf olacaqmı? Xəstə də, həkim də razı qalacaqmı? Bunu zaman göstərəcək.

Amma bir məsələ dəqiqdir ki, sığorta pulları əvvəlki kimi bir neçə qrupun cibinə axmayacaq. Bahalı təyinarlar, xəstə alveri, aparat sövdələşmələri, analiz oyunları və müxtəlif “yaradıcı sxemlər” əvvəlki rahatlıqla işləməyəcək…

Tarix
2026.04.23 / 09:39
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

Türkiyədə Bakıya qarşı kampaniya - Nə baş verib?

Türkiyədə Azərbaycana qarşı kampaniya... - MM

Forumda sənədlər mübadilə edildi - Foto

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla