Yuxarı

Prezident bunun üçün 86 milyon manat ayırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident bunun üçün 86 milyon manat ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün ümumilikdə 86 milyon manata yaxın vəsait ayırıb.

Axar.az xəbər verir ki, bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.

Sənəddə qeyd olunub ki, cari ilin mart–aprel ayları ərzində güclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olmuş, kənd təsərrüfatına, infrastruktur (yol, körpü, elektrik) obyektlərinə və yaşayış evlərinə ciddi ziyan vurub.

"Aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən mövcud vəziyyətin təhlili aparılaraq, operativ və təxirəsalınmaz tədbirlər nəticəsində fəsadların aradan qaldırılması istiqamətində əməli işlər görülmüş, su basmış ərazilərdən suların çəkilməsi, sel və daşqın sularının maneəsiz ötürülməsi, əhalinin təxliyəsi və təhlükəsizliyi təmin edilmiş, infrastrukturun bərpası və təmir-tikinti işləri həyata keçirilib", - sənəddə deyilir.

Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələ­cəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan bu Sərəncama Əlavədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 85.869.260,0 (səksən beş milyon səkkiz yüz altmış doqquz min iki yüz altmış) manat, o cümlədən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 8.876.210,0 (səkkiz milyon səkkiz yüz yetmiş altı min iki yüz on) manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1.437.315,0 (bir milyon dörd yüz otuz yeddi min üç yüz on beş) manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21.443.875,0 (iyirmi bir milyon dörd yüz qırx üç min səkkiz yüz yetmiş beş) manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39.103.600,0 (otuz doqquz milyon bir yüz üç min altı yüz) manat və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə 15.008.260,0 (on beş milyon səkkiz min iki yüz altmış) manat vəsait ayrılsın.

Tarix
2026.04.28 / 12:08
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Bakıda mühüm forumda... - Video

Türkiyədə Bakıya qarşı kampaniya - Nə baş verib?

Türkiyədə Azərbaycana qarşı kampaniya... - MM

Forumda sənədlər mübadilə edildi - Foto

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla