Yuxarı

Yetirmişli açıqladı: Zəlzələdən dərhal sonra...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yetirmişli açıqladı: Zəlzələdən dərhal sonra...

Hər dəfə zəlzələ baş verdikdən dərhal sonra hesablamalara başlayırıq. Nə baş verdiyini, hansı istiqamətdə enerjinin boşaldığını, hansı qırılmanın aktiv olması ilə bağlı detalları analiz edirik. Daha sonra təkrar təkanların gücü, ehtimal olunan davametmə prosesi qiymətləndirilir. Bu hesablamalar əsasında da əhalini məlumatlandırırıq. Bildiririk ki, hər hansı təşvişə ehtiyac yoxdur.

Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli səsləndirib.

Onun sözlərinə görə, hazırda Yaponiyadan olan mütəxəssislərlə birlikdə dövlət sifarişi əsasında Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə Bakı və Abşeron yarımadasının seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlanması və təhlükələrin idarəedilməsi istiqamətində işlər aparılır:

“Kanada və Amerika Birləşmiş Ştatları (ABŞ) institutlarından olan mütəxəssislərlə birgə bütün zəlzələ kataloqları yenidən emal edilərək, seysmik təhlükə xəritəsi hazırlanıb. Bu yeni kataloqlar əsasında seysmik təhlükə xəritələri də yenilənib. Burada 2, 5 və ya 50 və 10 faiz ehtimalla təhlükəli zonaların müəyyən edilməsinin üzərində işləmişik. O xəritələr də var. Bir-birinə heç nə mane olmur”.

Qurban Yetirmişli xatırladıb ki, ABŞ və Kanada seysmoloji tədqiqatların aparıldığı aparıcı ölkələrdir:

“Ən müasir avadanlıqlar və ən güclü proqramlar onlardadır. Ötən il biz bu proqramların yeni versiyasını almışıq. Əvvəllər hesablamalar daha sadə üsullarla aparılırdı və müəyyən hallarda 25-50 kilometr miqyasında ümumi qiymətləndirmələrlə kifayətlənirdilər. Lakin bu gün müasir proqram təminatları və dəqiq ölçmə vasitələri sayəsində aparılan tədqiqatlarda demək olar ki, səhvə yol verilmir”, - deyə o qeyd edib.

Tarix
2026.04.28 / 19:49
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla