Yuxarı

Onkologiya Mərkəzindəki partlayışı xəstə törədib - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onkologiya Mərkəzindəki partlayışı xəstə törədib - Rəsmi

Aprelin 30-da saat 14 radələrində Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində partlayışın baş verməsinə dair Yasamal rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Axar.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, ilkin araşdırmalarla onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Mübariz Sahib oğlu Əliyevin qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni qeyd olunan müalicə müəssisəsinin Radiologiya şöbəsində partlatması nəticəsində həkim Asif Akif oğlu Nəsirovu ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Baş vermiş partlayış nəticəsində Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, ağır bədən xəsarətləri alan Asif Nəsirovun isə hazırda vəziyyəti ağır olub, müalicəsi xəstəxanada davam etdirilir.

Aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən tibb sahəsində ekspertin iştirakı ilə isti izlər əsasında hadisə yerinə baxış keçirilib, cinayətin izlərini əks etdirən maddi sübutlar müvafiq qaydada götürülüb, meyitin daxili və xarici müayinəsinin aparılması üçün məhkəmə-tibbi ekspertizası təyin olunub, habelə, digər zəruri prosessual hərəkətlər icra olunub.

Fakt üzrə cinayət prosessual qanunvericiliyə uyğun olaraq dərhal Yasamal rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4 (ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etməklə, hadisənin baş vermə şəraiti və səbəbləri, partlayıcı maddənin əldə edilmə mənbəyi və digər sübut edilməli olan halların müəyyənləşdirilməsi istiqamətində aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Tarix
2026.04.30 / 19:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna danışıqları Azərbaycanda keçiriləcək? - Kreml

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycanda maaş sistemində mühüm yenilik...

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla