Yuxarı

“Nar” kuboku uğrunda gərgin mübarizə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar” kuboku uğrunda gərgin mübarizə

Sentyabr ayının 11-də "Brain Ring" intellektual bilik yarışlarının növbəti – səkkizinci mövsümü start götürüb.

Şirkətdən Axar.az-a verilən məlumata görə, "Nar" operatorunun ənənəvi olaraq dəstək verdiyi yarışların səkkizinci mövsümü 16 hissədən ibarət olacaq.

Bu dəfə "Brain Ring" bilik yarışlarında respublikanın 16 bölgəsi və 8 ali məktəbini təmsil edən 34 komanda iştirak edir. Dekabr ayının sonunadək davam edəcək yarışlar hər həftənin bazar günü saat 21:30-da AzTV vasitəsilə yayımlanacaq.

Yarışlarda qalib gəlmiş komanda xüsusi dizayn edilmiş "Nar" kuboku ilə təltif ediləcək. "Nar" kubokunun qalibi "Brain Ring 2016" Azərbaycan çempionu titulu uğrunda yarışmaq hüququ əldə edəcək.

Artıq ikinci "Brain Ring" mövsümüdür ki, televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə "Brain Ring" və "Nar" onlayn müsabiqə keçirirlər. Verilişin yayımı zamanı "Nar"ın Tvitter hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırlar. Beləliklə, "Brain Ring" həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də "Nar" operatorundan hədiyyələr qazanmaq şansı əldə edirlər.

Tarix
2016.09.14 / 15:46
Müəllif
Axar.az
Digər xəbərlər

Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla