Yuxarı

1682 nəfər Azərbaycan vətəndaşlığı aldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
1682 nəfər Azərbaycan vətəndaşlığı aldı

Dövlәt Miqrasiya Xidmәtindә (DMX) Azәrbaycan vәtәndaşlığına qәbul vә bәrpa edilən şәxslәrin tәntәnәli andiçmә mәrasimi keçirilib.

Xidmətdən Report-a verilən məlumata görə, tədbirdə bildirilib ki, ötən dövr ərzində Prezident İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi, miqrasiya sahəsində bir sıra ciddi addımlar atılıb, miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində əsaslı tədbirlər həyata keçirilib. Mәhz bu amillәr Azәrbaycanda yaşamaq, işlәmәk, tәhsil almaq, xüsusilә respublikamızın vәtәndaşı olmaq istәyәnlәrin sayının ildәn-­ilә artmasına, hәmçinin vaxtilә respublikanı tәrk edib, digәr dövlәtlәrә getmiş Azәrbaycan vәtәndaşlarının da geri qayıtması meyllәrinә müsbәt tәsir edib.

Görüşdә vәtәndaşsızlıq hallarının aradan qaldırılması ilә bağlı Azərbaycanda görülən işlәrә dә nәzәr salınıb. Azәrbaycan Prezidentinin müvafiq sәrәncamları ilә 2008­-ci ildәn indiyәdәk 1682 nәfәrin ölkə vәtәndaşlığına qәbul və bərpa edildiyi bildirilib. Bununla belә, bu müddәt әrzindә 61 473 şәxsin Azәrbaycan Respublikası vәtәndaşlığına mәnsubiyyәti tanınıb vә onlar müvafiq dövlәt qurumu tәrәfindәn Azәrbaycan Respublikası vәtәndaşının şәxsiyyәtini tәsdiqləyən sәnәdlәrlә tәmin edilib.

Tədbirdə vәtәndaşlığa qәbul edilən 45 şәxs Azәrbaycan Respublikasına sadiq olacaqları barәdә tәntәnәli surәtdә and içiblәr.

Tarix
2016.09.14 / 22:09
Müəllif
Axar.az
Digər xəbərlər

Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla