Yuxarı

AZAL-dan “Samsung” xəbərdarlığı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL-dan “Samsung” xəbərdarlığı

AZAL "Samsung Galaxy Note 7" smartfonu ilə səyahət edən sərnişinlərə xəbərdarlıq edir.

Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tövsiyələrinə əsasən "Azərbaycan Hava Yolları" sərnişinlərdən uçuş zamanı "Samsung Galaxy Note 7" smartfonlarını istifadə etməməyi və enerji şəbəkəsinə qoşmamağı xahiş edir.

Bu model smartfonun həmçinin qeydiyyatdan keçirilən baqajda daşınması da qadağandır.

Məhdudiyyətlər "Samsung Galaxy Note 7" smartfonlarının alışıb yanması halları ilə əlaqədar olaraq geri çağırılması barədə "Samsung" şirkətinin bu yaxınlarda verdiyi məlumatlar ilə bağlıdır.

"Samsung Galaxy Note 7" smartfonları ilə səyahət edən sərnişinlər təyyarənin göyərtəsində smartfonun zədələnməsi, qızması və ya itməsi halında hava gəmisinin heyətinə dərhal məlumat verməlidirlər.

Tarix
2016.09.15 / 15:16
Müəllif
Axar.az
Digər xəbərlər

Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla