Yuxarı

ADNSU-da “Horizon-2020” başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADNSU-da “Horizon-2020” başladı

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Avropa İttifaqının "Horizon-2020" Tədqiqat və İnnovasiya proqramı çərçivəsində ikigünlük konfrans işə başlayıb.

ADNSU-dan Axar.az-a verilən məlumata görə, konfransda İsrail, Fransa, Macarıstan, Latviya, Ukrayna və Gürcüstanlı ekspertlər, eləcə də ADNSU-nun professor və müəllim heyəti və digər ali məktəblərin nümayəndələri iştirak edirlər.

Konfransı giriş sözü ilə açan Avropa İttifaqının "Horizon-2020" Elmi Tədqiqat və İnnovasiya proqramının Azərbaycanda İKT və FET (Gələcəyin Qabaqcıl Texnologiyaları) üzrə milli təmsilçisi, texniki elmlər namizədi Tofiq Babayev ADNSU-nun rektoru prof M.Babanlıya universitetdə layihələrə dəstək verdiyi üçün təşəkkürünü bildirib. O, proqram haqqında iştirakçılara məlumat verib, Aİ-nin proqramlarının Azərbaycan tədqiqatçıları üçün böyük imkanlar açdığını diqqətə çatdırıb, "Horizon-2020"nin üstünlüklərindən danışıb.
"Horizon-2020" çərçivə proqramına ev sahibliyi etmək bizim üçün çox əhəmiyyətlidir. Bu səbəbdən də Tofiq müəllimə baza kimi bizim universiteti seçdiyi üçün təşəkkür edirəm. İkili proqramların həyata keçirildiyi, xarici universitetlərlə elmi əməkdaşlığın qurulduğu bir vaxtda bu cür layihələrin üzərində işləmək lazımdır. Bu sahədə hər kəsə uğurlar arzu edirəm"- M.Babanlı deyib.

Konfransda iştirak edən "Horizon-2020" Tədqiqat və İnnovasiya proqramının iştirakçısı olan İsrail, Fransa, Macarıstan, Latviya, Ukrayna və Gürcüstanlı ekspertləröz ölkələrində proqram çərçivəsində həyata keçirilən işlərdən və layihələrdən danışıblar. Onlar Proqramın ölkələrindəki tarixi və fəaliyyət istiqamətləri, bu günə kimi qəbul olunan layihələr haqqında məlumat veriblər.

"Horizon-2020"- nin beynəlxlaq əməkdaşlıq layihəsi olduğunu diqqətə çatdıran nümayəndələr bu proqqramın bütün dünyada tətbiq olunduğunu deyiblər. Konfrans ümumi müzakirələr və nümayəndələrin layihədə iştirak etməklə bağlı təcrübə mübadiləsi ilə davam edib.

Xatırladaq ki, konfransın keçirilməsində əsas məqsəd ADNSU-nun bu proqrama qoşulması və əməkdaşlıq əlaqələrinin qurulmasıdır. "Horizon-2020" və ya Avropa İttifaqının Elmi tədqiqatların və texnologiyaların inkişafı üzrə səkkizinci çərçivə proqramı Avropa tədqiqat məkanında elmi axtarışların dəstəklənməsi və təşviq olunması üçün Avropa İttifaqının yeddillik maliyyələşmə proqramıdır. 2014-2020- ci illəri əhatə edən Proqramın büdcəsi 80 milyard avrodur.

Tarix
2016.09.15 / 19:53
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail səfirliyindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan mühüm tərəfdaş olaraq qalır - Kallas

Əli Əsədov Qazaxıstanda səfərdədir

Latviya Prezidenti Azərbaycana gəldi

MM sədri MakKormak ilə sülh prosesini müzakirə etdi

Urmiya gölü haqda sevindirici xəbər

Meloni Azərbaycana bu tarixdə gələcək

Bu, Azərbaycanla münaqişənin başlaması deməkdir...

Bu qətnamələr tamamilə qərəzlidir - Deputat

Ermənistana dizel daşıyan qatar Biləcəridən yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla